Almaniyanın "BMW" şirkəti bu onilliyin sonuna kimi hidrogen
avtomobillərinin istehsalına başlamağı planlaşdırır.
Bu barədə şirkətin texnologiya rəhbəri Yurgen Quldner məlumat
verib.
“Biz bu onilliyin ikinci yarısında belə avtomobillərin istehsalına
başlayacağıq. Mən əminəm ki, hidrogen avtomobilləri gələcək üçün
yaxşı olacaq”, - Quldner bildirib.
Qeyd edək ki, “BMW” Avropada hidrogen avtomobillərini buraxan ilk
iri şirkət ola bilər. Bu gün bazarda hidrogenlə işləyən
avtomobillərin iki modeli var. Bunlar Yaponiyanın “Toyota Mirai”
sedanı və Koreyanın Hyundai Nexo krossoveridir.
Mənbə: lent.az