“WhatsApp” messencerinin Androiddə ən son versiyasında
xoşagəlməz səhv aşkar edilib.
Buna görə istifadəçilər çatlarda çəkdikləri videoları göndərə
bilmirlər.
Bununla bağlı şirkətin mütəxəssisləri danışıb.
“Məsələ ilə bağlı öyrəndikdən sonra biz yoxladıq və
eyni problemlə qarşılaşdıq. Son 24 saat ərzində video faylları
düzgün göndərilmədi. Açılan sadəvə bir bildiriş görünür: “Bu video
göndərilə bilməz. Zəhmət olmasa, başqa video seçin və yenidən cəhd
edin". Təəssüf ki, bu səhv davam edir”, - deyə şirkət
sözçüsü bildirib.
Maraqlıdır ki, problem yalnız smartfonda çəkilmiş videolara təsir
edir, digər videolar isə problemsiz göndərilir. Bəzən isə
“Instagram”dan endirilmiş videonu göndərmək istəyərkən də yarana
bilər. Bununla belə, videonun sənəd kimi (sıxılmadan)
göndərilməsinin eyni problemə gətirib çıxaracağı hələlik məlum
deyil.
Ehtimal olunur ki, səhv “WhatsApp”ın Androiddə 2.24.9.34
versiyasına yenilənməsi ilə ortaya çıxıb. Tərtibatçılar yeniləmə
buraxana qədər yeganə müvəqqəti həll messengerin ən son versiyasını
silmək və əvvəlki 2.24.8.85 versiyasını quraşdırmaqdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.