"Telegram" və "WhatsApp" funksiyası artıq "YouTube"da
"Telegram" və "WhatsApp" platformalarında uzun müddətdir mövcud olan səsli şərh funksiyası "YouTube"a da əlavə ediləcək.

Bu yeni funksiya ilə istifadəçilər şərhlərini audio formatda yaza biləcəklər. Səsli şərhlər hazırda ThioJoe (3,1 milyon abunəçi) kimi bir neçə böyük ingilisdilli məzmun yaradıcıları ilə sınaqdan keçirilir.

Funksiya hazırda yalnız "Android" və "iOS" platformalarında mövcuddur və Google tərəfindən hələ rəsmi açıqlama
verilməyib. Həmçinin, səsli şərhlərin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı və ya yalnız məzmun yaradıcılarının öz videolarına şərh vermə imkanına sahib olacağı dəqiqləşməyib.

Mənbə: Milli.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google