"Skype" xidməti tamamilə bağlanır
ABŞ-nin "Microsoft" şirkəti 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilə bağlayacaq.

Bu barədə "XDA Developers" portalı məlumat yayıb.

Bildirilir ki, son yeniləmədə istifadəçilərə "Teams" xidmətinə keçmələri tövsiyə olunur.

"Skype" may ayından etibarən əlçatan olmayacaq. Zənglər və çatlar üçün "Teams"dən istifadə edin", - deyə portalda bildirilir.

Qeyd edək ki, 2003-cü ildə istifadəyə verilən "Skype"
platforması 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb. 2017-ci ildə "Microsoft" "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.

"Microsoft" hazırda bu mövzu ilə bağlı şərh verməkdən imtina edir.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google