"Marneuli" radiosu günlük bürcləri təqdim edir:
Qoç
Bu gün vacib işlərə ehtiyatla və tələsmədən başlamaq daha yaxşıdır.
Hər hansı ciddi öhdəlik götürməzdən əvvəl onu yerinə yetirə
biləcəyinizə əmin olun. Bir çox Qoç gücünü olduğundan artıq
qiymətləndirməyə meyilli olacaq və bəzi nümayəndələr üçün bu,
sonradan xoşagəlməz nəticələrə səbəb ola bilər.
Karyera və bizneslə bağlı ciddi
qərarlarda da tələsməyin. Hətta
fəaliyyət sahəsini yox, heç olmasa iş yerini dəyişmək istəyi yarana
bilər. Özünüzə bir az vaxt verin: hər şeyi götür-qoy etmək, fərqli
imkanları müqayisə etmək, bir neçə variantı nəzərdən keçirmək
lazımdır. Məsləhətə ehtiyacınız varsa, planlarını ardıcıl şəkildə
həyata keçirən, bir ifratdan o birinə qaçmayan insanlara müraciət
edin.
Buğa
Darixmaq istəməyəcəksiniz, ona görə də bir çox Buğa səhərdən
həvəslə yeni işlərə girişəcək. İnadkarlıq, ixtiraçılıq və səmimi
maraq sizə ilk uğurları tez əldə etməyə kömək edəcək. Burada əsas
məsələ əldə olunanla kifayətlənməmək, mümkün qədər tez irəliləməyə
çalışmaqdır. Başqalarının bacarmadığı yerdə əla nəticə qazanmaq
şansınız var və bu, xüsusən yaradıcı yanaşma tələb edən
tapşırıqlara aiddir.
Köhnə planlara da qayıtmaq olar. Bunu sınanmış müttəfiqlərin
dəstəyi ilə etmək daha asan olacaq: onlar çətinliklərin öhdəsindən
gəlməyə kömək edəcək və gözlənilməz gecikmələrə, xırda
narahatlıqlara görə başladığınız işi yarımçıq qoymağınıza imkan
verməyəcəklər.
Əkizlər
Nəsə alınmır? Sadəcə bir az gözləyin. Səhər güclü olmayan müsbət
tendensiyalar saatlar keçdikcə daha aydın hiss olunacaq. Ona görə
ciddi və vacib işlərə tələsməyin, sadə tapşırıqlardan başlayın.
Günün əvvəl hissəsi ünsiyyət üçün də elə əlverişli olmayacaq. Həm
evdə, həm də işdə fikir ayrılıqları yarana bilər. Köhnə incikliklər
yada düşə, sizə əvvəlki səhvlər və ya yerinə yetirilməmiş vədlər
xatırladıla bilər.
Günortadan az sonra vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss
edəcəksiniz. İşlərdə təşəbbüs göstərmək, ideyalarınızı bölüşmək,
planları həmfikirlərlə müzakirə etmək üçün uyğun vaxt gələcək. Bu
vaxt şəxsi münasibətlər də daha harmonik inkişaf edəcək. Açıq və
səmimi ünsiyyət yaxınlarla ortaq dil tapmağa kömək edəcək, nəzakət
isə fikir ayrılığı yaranarsa, kəskin küncləri yumşaldacaq.
Xərçəng
İşlərdə uğur qazanmaq şansı var, amma bunun üçün səy göstərmək
lazım olacaq. Ümid etdiyiniz insanlar öz problemləri ilə məşğul ola
bilərlər, ona görə tək hərəkət etməyə və məsuliyyəti üzərinizə
götürməyə hazır olun. Peşəkar mübahisələr, həmkarlar və rəhbərliklə
müzakirələr istisna deyil. Bəzi Xərçənglər başqalarının səhvlərini
düzəltməli, özgələrinin ucbatından yaranan problemləri həll etməli
olacaqlar. Bu, güc tələb etsə də, eyni zamanda faydalı şeylər
öyrənməyə və dəyərli təcrübə qazanmağa imkan verəcək.
Yaranan çətinliklərə baxmayaraq, tarazlığı qoruyacaq, emosiyalara
qapılmayacaqsınız. Nəsə plan üzrə getməsə belə, ölçülü-biçili qərar
vermək bacarığınız təkcə çətinliklərin öhdəsindən gəlməyə yox, həm
də köhnə rəqiblər üzərində üstünlük qazanmağa kömək edəcək.
Şir
Günün əvvəl hissəsi, xüsusən də vacib nəsə planlaşdıran Şirlər üçün
asan olmaya bilər. Uğursuz təsadüflər, yolda çıxan maneələr,
əsəbiləşdirən gecikmələr planlarınızı həyata keçirməyə mane ola
bilər. Günün birinci yarısında sizə kömək edən elə də tapılmayacaq,
amma bir az sonra dəstək və məsləhət üçün müraciət edə biləcəyiniz
insanlar yanınızda olacaq. Üstəlik, köhnə işgüzar əlaqələri bərpa
etmək şansı yaranacaq və bu da çox faydalı olacaq.
Maliyyə məsələlərinin həllində tələsməmək daha yaxşıdır: bunun üçün
daha əlverişli dövr günün ikinci yarısında başlayacaq. Amma həmin
vaxtda belə səbəbsiz riskdən qaçın, bağlamağı planlaşdırdığınız
bütün razılaşmaların şərtlərini diqqətlə yoxlayın və spontan
alış-veriş etməyin.
Qız
Vacib işlərlə məşğul olmağa, başqalarının öhdəsindən gələ bilmədiyi
problemlərin həllinə fokuslanmağa hazır olun. İnadkarlıq göstərmək
lazım gələcək, çünki hər şey dərhal istədiyiniz kimi alınmayacaq.
Xüsusən də işgüzar sahədə bu daha önəmlidir: burada çətinlik
ehtimalı yüksəkdir. Sevindirici tərəfi odur ki, bütün sınaqları
təkbaşına keçməyəcəksiniz. Kömək etməyə hazır insanlar olacaq;
sizdən tələb olunan sadəcə nə edilməli olduğunu izah etməkdir.
Günün ortası maliyyə baxımından xüsusilə uğurlu olacaq. Həm pul
daxilolmaları, həm də sərfəli razılaşmalar mümkündür. Gəlirin tez
artacağını vəd edən təkliflər də istisna deyil. Şəxsi
münasibətlərdə də müsbət tendensiyaların təsiri nəzərə çarpacaq.
Dostlarla görüşlər və romantik görüşlər yaxşı keçəcək. Bu vaxt
səfərə çıxan Qızlar da əla vaxt keçirəcək və çoxlu pozitiv
emosiyalar alacaqlar.
Tərəzi
Uğur sizin tərəfinizdədir; vacib planlarınızı həyata keçirmək üçün
ulduzların dəstəyindən yararlanmağa dəyər. Günə həmfikirlərlə
ünsiyyətdən başlamaq çox faydalı olacaq: onlar sizi təkcə
dəstəkləməyəcək, həm də yaxşı ideyalarla bölüşəcəklər. Başqalarının
təcrübəsi bir çox Tərəzi üçün işə yarayacaq; bunun sayəsində xırda
səhvlər etməyəcək, bədxahların qurduğu tələlərə
düşməyəcəksiniz.
Yeni işlərə və layihələrə girişmək olar. Burada intuisiyaınıza
güvənin: o, nəyə əvvəlcə diqqət yetirməyin vacib olduğunu, nəyi isə
sonraya saxlamağın mümkünlüyünü göstərəcək. Son vaxtlar əvvəlki
seçiminizin doğruluğuna şübhə edən Tərəzilər qərar verə, buraxılmış
səhvləri düzəldə biləcəklər. Həyatınızda nəyisə dəyişmək barədə
düşünürdünüzsə, bu gün yeni istiqamətdə ilk addımları ata
bilərsiniz, sadəcə əlavə tələskənlikdən qaçın.
Əqrəb
Bir neçə çətin məsələni həll etməli, həm də başqalarının
səhvlərinin nəticəsi olan problemlərlə məşğul olmalı olacaqsınız.
Bəzi Əqrəblər bunun üçün öz işlərini kənara qoyacaq; təəccüblü
deyil ki, belə nümayəndələr xeyli qıcıqlanacaq. Bu, ətrafdakılarla
ünsiyyətdə çətinliklərə, işdə münaqişələrə səbəb ola bilər. Amma
emosiyalarınızı idarə edə bilsəniz, təkcə kəskin küncləri
yumşaltmağın yox, həm də mövcud işgüzar əlaqələri möhkəmləndirməyin
yolunu tapacaqsınız.
Yaxınlarla da anlaşmaq hər zaman asan olmayacaq. Köhnə fikir
ayrılıqları kəskinləşə, məişət məsələləri, ümumi büdcədən istifadə
və birlikdə reallaşdırmaq istədiyiniz planlar barədə mübahisələr
yarana bilər. İstisna sevdiyiniz insan olacaq: onunla asanlıqla
ortaq dil tapacaq, bir-birinizə güzəşt edəcək, bir-birinizi
sevindirə və münasibətləri möhkəmləndirə biləcəksiniz.
Oxatan
Ulduzlar maliyyə məsələlərinin həllində uğur vəd edir. Pul ilə
bağlı hər şeydə intuisiyaınıza güvənmək olar. Məhz onun sayəsində
səhvlər etməyəcək, mövcud vəsaiti necə daha düzgün bölüşdürməyi və
gəliri artırmaq üçün nə etməli olduğunuzu anlayacaqsınız.
Gün iş üçün də əlverişli olacaq. İnadkarlıq göstərsəniz, işlərdə
real sıçrayışa nail ola bilərsiniz. İnsanlarla yola getmək, sizə
heç oxşamayanlara da yanaşma tapmaq bacarığınız işə yarayacaq. Bəzi
Oxatanlar nüfuzlu müttəfiqlər tapacaq və ya çox şeydən asılı olan
insanlarla qarşılıqlı faydalı əməkdaşlıq barədə razılığa
gələcəklər.
Oğlaq
Ciddi çətinliklərdən qorxmağa dəyməz: gün uğurlu keçəcək, maraqlı
xəbərlər və xoş görüşlər gətirəcək. Həm yeni işlərə başlamaq, həm
də köhnələri bitirmək üçün eyni dərəcədə uyğundur. Qeyri-adi
ideyalar yarana bilər və onları həyata keçirməyə kömək edəcək
insanlar yaxınlıqda olacaq. Faydalı tanışlıqlar da mümkündür.
Potensial tərəfdaşlar və işəgötürənlərlə görüşlər yaxşı keçəcək,
köhnə işgüzar əlaqələri möhkəmləndirmək və yenilərini qurmaq imkanı
olacaq.
Gəlirin tez artacağını vəd edən işgüzar təkliflər ehtimal olunur.
İntuisiyaınıza qulaq asın: razılaşmağa dəyib-dəymədiyini o
göstərəcək. Bəzi Oğlaqlar istedadlarının gözlənilməz tətbiqini
tapacaq, illərdir sevdiyi hobbidən necə gəlir əldə etməyin mümkün
olduğunu anlayacaqlar.
Dolça
Gün kifayət qədər gərgin keçəcək, xüsusən
də eyni anda bir neçə iş görməyə öyrəşməyənlər üçün. Şərait tək bir
işə fokuslanmağa imkan verməyəcək, üstəlik qayğılarınızın bir
hissəsini üzərinə götürəcək insanlar da yaxınlıqda olmayacaq. Ona
görə işləmək lazım gələcək. Amma uğur qazanmaq şansınız yüksəkdir.
Xüsusilə həm yaradıcılıq yanaşması, həm də dəqiqlik və xırdalıqlara
diqqət tələb edən işlər sizdə yaxşı alınacaq.
Çətinliklərdən tam qaçmaq çətin olacaq, amma bu günün hadisələri
sizə çox şey öyrədəcək. Bəzi Dolçalar yaxın zamanda işinə yarayacaq
təcrübə qazanacaq və bu, gələcəkdə əsəbiləşdirən səhvlərdən
yayınmağa kömək edəcək. Faydalı tanışlıqlar da istisna deyil. Yeri
gəlmişkən, bu gün sırf işgüzar kimi başlayan münasibətlər zamanla
romantik məna da qazana bilər.
Balıqlar
Rutinin içinə çox batmamağa çalışın, qeyri-adi və maraqlı işlərə də
vaxt tapın. Eksperimentlər və improvizələr üçün hər fürsətdən
yararlanın, hadisələrin adi axarını pozmaqdan qorxmayın. Bu, elə
günlərdəndir ki, emosional və həssas olmağa, ürəyinizin dediyi kimi
davranmağa özünüzə icazə verə bilərsiniz. Yanınızda məhz bu
tərəfinizi qiymətləndirən insanlar olacaq və onların dəstəyi
sayəsində çətin anların öhdəsindən gələcəksiniz.
Pul daxilolmaları ehtimal olunur. Çox güman məbləğ böyük olmayacaq,
amma onu elə bir anda alacaqsınız ki, hansısa alış-veriş etməyi
düşünəcək və ya yaxınlarınız üçün xoş bir sürpriz hazırlamaq
istəyəcəksiniz. İnvestisiya üçün də pis gün deyil, amma yalnız öz
biznesinizə və ya çox yaxşı tanıdığınız birinin layihəsinə.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.