"Marneuli" radiosu günlük bürcləri təqdim edir:
Qoç
Müsbət meyillərin təsiri kifayət qədər güclü olacaq və ulduzların
dəstəyindən yararlansanız, çox şeyə nail olacaqsınız. Demək olar
ki, ümidsiz görünən işlərdə irəliləyiş ehtimalı var. Buna həm
gözlənilmədən yaranan əlverişli şərait, həm də yaradıcı yanaşmanız
kömək edə bilər. Siz isə yeniliklərə hazır olmalısınız, çünki çox
güman ki, təcrübələr aparmalı, planlarınızı vəziyyətə uyğun
dəyişməli olacaqsınız. Sadəcə köhnə cığırla getmək mümkün
olmayacaq.
Əgər mürəkkəb, amma faydalı işlərlə məşğul olmaq istəmirsinizsə və
vaxtınızı xoş keçirməyə üstünlük verirsinizsə, dostlarınızla
görüşün. Birincisi, onların yəqin ki, sizin üçün çox yaxşı
xəbərləri olacaq. İkincisi, sizi maraqlı bir tədbirə dəvət edə və
ya xüsusi bir təklif verə bilərlər. Üçüncüsü, hədiyyələr, xoş
sürprizlər, eləcə də köhnə borcların qaytarılması ehtimalı var.
Söhbət böyük məbləğdən getməsə də, bu sizi sevindirəcək.
Buğa
Bu gün şikayət etməyə əsasınızın yaranacağı inandırıcı görünmür:
hadisələrin çoxu uğurlu şəkildə inkişaf edəcək. Vacib və çətin bir
işə başlaya bilərsiniz, yaxınlığınızda sizə kömək etməyə hazır
insanlar mütləq tapılacaq. Faydalı tanışlıqlar da istisna deyil. Bu
gün qarşılaşdığınız insanlarda çox xoş təəssürat yaradacaqsınız;
bəziləri sizə sözün əsl mənasında heyran qalacaq.
Əgər gününüzü romantika ilə doldurmaq istəsəniz, bunun üçün xüsusi
nəsə düşünməyə ehtiyac qalmayacaq. Sevdiyiniz insan məmnuniyyətlə
bir çox ideyanızı dəstəkləyəcək və ya özü qeyri-adi təklif irəli
sürəcək. Son vaxtlar hisslərini anlaya bilməyən Buğalar buna nail
olacaq və özlərini xeyli yaxşı hiss edəcəklər. Günün ikinci
yarısında ailə məsələləri ilə bağlı mühüm qərarların qəbul edilməsi
də mümkündür.
Əkizlər
Günün xoşagəlməz sürprizlərsiz keçəcəyi inandırıcı görünmür.
Xüsusilə də vaxtını rahat keçirmək və heç nə barədə narahat olmamaq
istəyən Əkizlər üçün gün çətin ola bilər. Bu bürcün nümayəndələri
artıq səhərdən anlayacaqlar ki, məhz indi diqqət tələb edən və heç
də asan olmayan işlər var. Onları başqasına həvalə etmək isə çətin
olacaq.
Amma demək olmaz ki, gün tamamilə uğursuz keçəcək. Mütləq xoş
məqamlar da olacaq, məsələn, maliyyə sahəsində. Gözlənilməz
mənbədən pul almağınız və ya çox əziyyət çəkmədən qazanc əldə
etməyin yolunu tapmağınız mümkündür. Bəzi Əkizlər isə uzun
müddətdir arzuladıqları hədiyyəni alacaqlar.
Xərçəng
Səhər saatlarında müsbət meyillərin təsiri demək olar ki, hiss
olunmayacaq, lakin zaman keçdikcə güclənəcək. Günün ortası yeni
tanışlıqlara açıq olan Xərçənglər üçün xoş görüşlər vəd edir.
Dostluq və ya romantik münasibətlərin başlanğıcı mümkündür; burada
hər şey sizin öz istəyinizdən asılı olacaq.
Axşam yaxınlaşdıqca yeni ideyalarınız daha da çoxalacaq. Ola bilsin
ki, əvvəllər həll edə bilmədiyiniz iş problemlərinin çıxış yolunu
tapacaqsınız. Bəzi Xərçənglər isə uzaq gələcəklə bağlı planlarını
müəyyənləşdirəcək, bundan sonra hansı istiqamətdə irəliləmək
istədiklərini anlayacaqlar.
Şir
Hər şey alınacaq, üstəlik bir çox məsələ gözlədiyinizdən də yaxşı
nəticələnəcək. Bu məqamdan istifadə edib xüsusilə vacib bir işə
başlamağa dəyər: böyük ehtimalla onun öhdəsindən əla gələcəksiniz.
Bəzi Şirlər son vaxtlar çox düşündükləri suallara cavab tapacaq və
ya onları narahat edən problemlərin öz-özünə həll olunduğunu
öyrənəcəklər. Özlərinə inamları artdıqdan sonra bu bürcün
nümayəndələri yeni planlar quracaq və onları tez həyata keçirməyin
yolunu mütləq tapacaqlar.
Bu gün xüsusi romantik görüşlər, sevdiyiniz insanla yaddaqalan
istirahət və hər ikiniz üçün xoş xatirələr oyadan mənzərəli
yerlərdə gəzintilər üçün əlverişli olacaq.
Qız
Gün tamamilə problemsiz keçməsə də, ümumilikdə kifayət qədər uğurlu
olacaq. Siz dərhal qətiyyətli əhval-ruhiyyəyə köklənəcək və buna
görə də yaranan problemlərin öhdəsindən sürətlə gələcəksiniz. Bir
çox Qız bürcü nümayəndəsinə intuisiya çətinlikləri tez aşmağa və
mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmağa kömək edəcək.
Romantik münasibətlər ahəngdar inkişaf edəcək. Gün xüsusilə uzun
müddətdir birlikdə olan cütlüklər üçün əlverişli olacaq: onların
hissləri yenidən alovlana bilər. Əgər əvvəllər fikir ayrılıqları
yaranmışdısa, onları tez bir zamanda aradan qaldırmaq mümkün
olacaq.
Tərəzi
Yeni tanışlarla ünsiyyətdə daha ehtiyatlı olmağa çalışın. Daxili
səsiniz bu dəfə sizi yanılda bilər və ilk təəssürat aldadıcı ola
bilər. Buna görə də vacib məlumatları bölüşməyə, bütün sirlərinizi
açmağa tələsməyin. Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün
özünüzə vaxt verin. İlk baxışdan aşiq olmaq da arzuolunan deyil,
xüsusən də münasibətlər sahəsində hələ kifayət qədər təcrübəniz
yoxdursa.
Maliyyə baxımından bu, ən uğurlu gün deyil: uğursuz alış-veriş və
lazımsız xərclər mümkündür. Ümid etdiyiniz gəlirlər gecikə bilər.
Buna görə də bəzi Tərəzilər planlarını dəyişməli, nəzərdə
tutduqları səfərləri və əyləncələri təxirə salmalı olacaqlar.
Əqrəb
Həm özünüz, həm də başqaları üçün çox faydalı işlər görmək şansınız
olacaq. Əlinizi yanınıza salıb oturmaq istəməyəcəksiniz, əksinə,
nəyə qadir olduğunuzu göstərmək arzusu yaranacaq. Buna görə də
təşəbbüs göstərməyiniz adi günlərlə müqayisədə daha tez-tez olacaq.
Bu, hamının, xüsusilə də sizdən nəsə gözləyən insanların xoşuna
gələcək. Ancaq diqqətli olun ki, başqaları sizin xeyirxahlığınızdan
sui-istifadə etməsin. Təəssüf ki, buna cəhd edənlər kifayət qədər
olacaq.
Bütün gün ünsiyyət üçün əlverişli keçəcək. Əvvəllər əlaqə qurmaq
istəməyən insanlarla dil tapa, yeni tanışların rəğbətini tez qazana
biləcəksiniz. Vaxtilə sizin üçün çox əziz olmuş bir insanla
qarşılaşma da mümkündür. Münasibətləri bərpa etmək istəsəniz, bu
dəfə hər şey uğurlu alınacaq, səhvlərdən və münaqişələrdən qaça
biləcəksiniz.
Oxatan
Əgər diqqət tələb edən işlərə həddindən artıq laqeyd yanaşmasanız,
gün çox yaxşı keçəcək. Doğrudan da, bir çox məsələ sanki öz-özünə
həll olunacaq, lakin bəzi tapşırıqların öhdəsindən gəlmək üçün
ciddi səy, diqqət və xırdalıqlara həssas yanaşma lazım olacaq.
Tanışlardan biri sizə kömək təklif edəcək, amma yenə də hər şeyin
lazımınca yerinə yetirildiyinə nəzarət etməli olacaqsınız.
Hobbinizlə bağlı tədbirlərə qatılsanız, orada xoş tanışlıqlar qura
biləcəksiniz. Bəzi Oxatanlar haqqında əvvəllər çox yaxşı sözlər
eşitdikləri insanlarla şəxsən görüşəcək və onlarla ünsiyyətdən
məmnun qalacaqlar. Axşam saatları aşiq Oxatanlar üçün xoş
sürprizlər vəd edir.
Oğlaq
Ciddi söhbətləri təxirə salmayın: bazar gününün ilk yarısından daha
münasib vaxt tapmaq çətin olar. Sizi diqqətlə dinləyəcək və düzgün
başa düşəcəklər. Əgər əvvəllər hisslərinizi ifadə etmək üçün uyğun
sözləri tapa bilmirdinizsə, bu dəfə hər şey alınacaq. Əvvəllər
qızğın mübahisələrə səbəb olan mövzulara da toxuna bilərsiniz. Siz
nəzakətli davranacaqsınız və bu mütləq qiymətləndiriləcək.
Günün ortası şən və qayğısız keçəcək. Bu vaxt səfərlər üçün
əlverişlidir: onlar Oğlaqlara çoxlu parlaq emosiyalar bəxş edəcək.
Həmçinin xoş tanışlıqlar qurmaq, maraqlı insanlarla söhbət etmək,
öz təcrübənizi bölüşmək və başqalarının təcrübəsindən faydalanmaq
imkanı yaranacaq. Axşam yeni ideyalar gətirəcək. Lakin
planlarınızı
dərhal həyata keçirməyə tələsməyin: əvvəlcə hər şeyi yaxşıca
düşünün, yalnız bundan sonra hərəkətə keçin. Əks halda çoxlu
gücünüzü boş yerə sərf edə bilərsiniz.
Dolça
Nələrsə plana uyğun getməyə bilər, amma siz buna fəlsəfi yanaşacaq
və düzgün edəcəksiniz. Düşündüyünüz hər şeyi həyata keçirə
bilməsəniz də, planlaşdırdıqlarınızın ən vaciblərini mütləq
vaxtında başa çatdıracaqsınız. Gəlirlərini artırmaq və ya öz
biznesini qurmaq istəyən Dolçalar üçün yeni perspektivlər açıla
bilər. Bu bürcün nümayəndələri yaxın gələcəkdə maliyyə uğuruna necə
nail olacaqlarını anlayacaqlar.
Bəzi Dolçaları planlaşdırılmamış səfərlər gözləyir. Başlanğıcı bir
qədər gərgin olsa da, davamı kifayət qədər xoş keçəcək. Yolda
qeyri-adi görüşlər, hətta romantik bir macəra da mümkündür. Uzaq
məsafədən ciddi münasibətin mümkün olmadığına əmin olanlar əksinə
şahid ola bilərlər.
Balıqlar
Səhər saatları bu vaxta vacib iş
planlaşdıran Balıqlar üçün çətin keçə bilər. Bu bürcün
nümayəndələri başqalarının səhvlərini düzəltməli və ya əslində
başqasının görməli olduğu işi özləri yerinə yetirməli olacaqlar. Bu
asan olmayacaq, amma nəticəyə təsir etməyəcək: sonda məqsədinizə
çatacaqsınız.
Zaman keçdikcə müsbət meyillərin təsiri güclənəcək. Günün ikinci
yarısında sizi xoş sürprizlər və yaxşı xəbərlər gözləyir. Uzun
müddətdir darıxdığınız insanlar qonaq gələ və ya taleyi sizi
narahat edən bir şəxsdən sevindirici xəbər ala bilərsiniz.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.