Ulduz falı – İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün
Qoç - bu gün başladığınız istənilən işi müvəfəqiyyətlə başa vura
bilərsiniz. Hadisələrin mərkəzində olmağa çalışın. İşdə danışıqlar,
görüşlər, müzakirələr keçirmək olar. Yaxın perspektivə olan
planları müzakirə edin.
Buğa - alış-verişdə simiclik etməyin. Axşam saatlarında dostları
qonaq çağırmaq, ya da gəzintiyə çıxmaq olar. Yaradıcı enerji və
praktiki yanaşma sizi razı salacaq, ətrafdakı insanlardan pozitiv
dəyərləndirmə ala biləcək nəticələrə səbəb ola bilər.
Əkizlər - fiziki iş və aktiv istirahət faydalıdır. İmicinizin hansı
dəyişikliklərə ehtiyac duyduğunu düşünün. Baş verənlərə böyük
məsuliyyətlə yanaşın. Qarşınızda böyük perspektivlər yarana bilər.
Eyni zamanda, diqqətsiz və laqeyd olsanız, imkanları əldən
verəcəksiniz.
Xərçəng - qəfil dəyişikliklər və yeni informasiya
perspektivlərinizlə bağlı fikrinizin dəyişməsinə səbəb ola bilər.
Uğur mümkündür. İndi sizdən asılı olmayan hadisələr və şəraitdən öz
xeyrinizə necə yararlanmağın yollarını düşünmək gərəkdir.
Şir - şəxsi həyat və işgüzar fəaliyyətlə bağlı məsələlər aktiv
iştirak, ciddi diqqət tələb edir. Gözlənilməz qərar qəbul etməyiniz
istisna deyil.
Qız - prioritetləri dəqiq müəyyənləşdirin və fəaliyyətinizi müəyyən
mövzularla məhdudlaşdırın. Hər yerdə və hər işdə olmağa çalışmayın.
Ay və Yerin münasibətləri praktiki fəaliyyəti qaçılmaz edir.
Tərəzi - nəyəsə tələsik, sürətlə nail olmaq istəyərkən mümkün
sonucları da unutmayın. Axşam saatlarını evdə keçirmək pis olmazdı.
Yaşananları sürələ təhlil etmək istəsəniz də, alınmayacaq.
Hissiyatınıza güvənin, mühüm anlaşmanı və ya verdiyiniz vədi
pozmayın.
Əqrəb - ünsiyyət, aktiv istirahət və yaradıcı fəaliyyət pis olmaz.
Yaşamdakı fərqlər sizi sevindirə bilər. Sizə maraqlı olan
insanlarla görüşmək üçün səbəb arayın.
Oxatan - işdə orijinal tapıntılar, problemin həllinə yaradıcı
yanaşmaya ehtiyac var. Günün bir hissəsini evdəki problemlərin
həllinə sərf edin.
Oğlaq - yaxın günlərdə aktual olacaq mövzuya bu günün hadisələri
aydınlıq gətirəcək və fəaliyyət üçün əlverişli zəmin yaradacaq.
Qüvvənizi yönəltmək üçün yeni istiqamət yaranır. Eşitdiklərinizə
diqqət yetirin, həmsöhbətin dediklərini qulaqardına vurmayın.
Dolça - pozitiv təmayüllər günüdür. Hissiyatınıza inanın, gəlir
imkanını əldən verməyin və eqoist istəklərinizdən çəkinməyin. Mühüm
görüş, münasibətlər və işgüzar əlaqənin bərpası mümkündür.
Balıqlar - ailə dəyərləri önəm kəsb edəcək. Münasibətlərdə diqqətli
olun, qayğı və yardımınızı əsirgəməyin. İşinizi unutmayın. Axşam
saatlarını dörd divar arasında keçirməyin.