Ulduz falı – Hadisələr bir qədər sadələşəcək
Qoç - qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm
informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu
vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin.
Buğa - birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və
ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər
verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe
tutaraq başa vurun.
Əkizlər - hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə
izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə
münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə
yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq.
Xərçəng - rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq
problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz
tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin
episentrində olsanız, soyuqqanlı davranın.
Şir - gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya
informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında
daha konkret olacaq.
Qız - şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri
sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın. Arzularınızdan
biri reallaşa bilər.
Tərəzi - ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli
davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə
istənilən adamla dil tapmağa çalışın. İşlə bağlı məsələlərə
maksimum diqqət ayırın.
Əqrəb - başqalarının ümidsiz qalacağı yerdə siz təşəbbüsü ələ alın.
Şəxsi münasibətlər üçün çətin gündür. Mənasız söhbətlərdə iştirak
etməyin, amma ailə üzvü və ya iş yoldaşınızı darda qoymayın. Heç
nəyi mürəkkəbləşdirməyin.
Oxatan - yeni eksperimentlərə başlamayın, kimisə sınağa çəkməyin.
Stabilliyinizə təhlükə yaradan mürəkkəb situasiyalarda çevik
davranın. İnad və qətiyyətiniz, kiməsə boyun əymək niyyətində
olmamağınız hər şeyi öz məcrasına qaytara bilər.
Oğlaq - təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun.
Yaxşı düşünülmüş, səbatlı özülə malik işlərdə uğur qazanacaqsınız.
Günün ilk yarısı iş üçün rahat şərait yaradın, tələskənlik və ya
münaqişələrə qarışmayın.
Dolça - orqanizm üçün təmizləmə prosedurları, pəhriz, fiziki iş
xeyirlidir. Özünüzü soyuğa verməyin. İnfeksiyaya yoluxma riski
böyükdür. Təmasları işgüzar əlaqələrlə məhdudlaşdırın. Əyləncə və
romantik görüş üçün uğursuz gündür.
Balıqlar - dünənki gərgin hadisələrin nəticələri stabilləşəcək.
Konstruktiv ideyalar yaranacaq, işin məhsuldarlığı artacaq. İş
yerində qayda yaradın, tapşırıq və öhdəlikləri tam yerinə yetirin.
Təmir, texnika və avadanlığın nöqsanlarının aradan qaldırılması
üçün əlverişli gündür.