Ulduz falı – Dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür
Qoç - siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz.
Batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət
alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcək.
Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.
Buğa - bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız,
səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki
işlər və tapşırıqlarla müəyyənləşdirin. İşdən sonra stressdən
qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.
Əkizlər - başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı
insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına
təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq
sizdən uzaqdakı insan olacaq.
Xərçəng - Ay və Xərçəngin münasibətləri intellektual məşğuliyyətlə
yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında
apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.
Şir - maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana
bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq
olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma
istəniləndir.
Qız - bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin.
İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın
emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və
addımlar mümkündür.
Tərəzi - kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı
yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin
yaxşılaşdırılması yollarını düşünün.
Əqrəb - günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul
əldə etsəniz, rahatlaşacaqsınız.
Oxatan - çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz,
diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı
gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.
Oğlaq - dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur -
hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində
indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam
saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.
Dolça - yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına
inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı
olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.
Balıqlar - maraqlı hadisələrin axarına düşəcək, ilham hissini
duyacaq, yeni imkanlardan şövq alacaqsınız.