Ulduz falı – Alış-verişdə bədxərclik etməyin
Qoç - düşünülməmiş addımlar atmayıb əvvəlcədən hazırladığınız plan
çərçivəsində hərəkət etsəniz, gün pis keçməyəcək. İmprovizasiyalar
uğursuzdur və köhnə problemlərin həlli ilə sonuclanmayaraq yeni
problemlər yaradacaq.
Mühüm işləri günün ilk yarısında başa vurub. Sonrakı saatlarda
işlər artacaq, vaxt qıtlığı müşahidə olunacaq.
Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Real yardımlar
alacaq, təqdir sözləri eşidəcəksiniz. Bu sözlərə ehtiyacınız
var.
Buğa - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətləri normal
səviyyədə saxlamaq üçün əhəmiyyətli güzəştlərə getməli olacaqsınız.
Planlarda sürətli dəyişikliklər edin. Fəaliyyət məcrasını düşünmək,
yeni taktika hazırlamaq üçün vaxt azdır. İşgüzar intuisiyanıza
güvənin: o, sizə yanlış yol göstərməyəcək.
Alış-verişdə bədxərclik etməyin. Mürəkkəb avadanlıq, məişət
texnikası almaq məsləhət deyil. Bu gün alınacaq əşyalar tez sıradan
çıxacaq və ya ümumiyyətlə, faydasız olacaqlar.
Dostlarla görüş üçün pis gün deyil.
Romantik təmaslar isə istənilən səviyyədə olmayacaq.
Əkizlər - istənilən münasibətlərə başlamaq üçün əlverişli gündür.
Təmaslar harmonik olacaq. İşdə həmkarlarınızla münasibətləri
korlamayın. Yeni tərəfdaşlar arayın. Peşəkar mövqelərinizi
möhkəmlətmək imkanlarınız var. Yaxşı gəlir əldə edə bilərsiniz.
Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma əldə edə bilərsiniz.
Yeni işlərə başlamağa qorxmayın. İlk baxışdan çətin və mürəkkəb
təsir bağışlayan işdə uğur əldə edə bilərsiniz.
Xərçəng - prinspial, iradəli, qətiyyətli olun. Amma sərt və
aqressiv davranaraq yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
anlaşmanı pozmayın. Rəğbət bəslədiyiniz insanların fikirlərinə
dəyər verin. Nüfuzlu şəxslərlə görüş və danışıqlar üçün pis gün
deyil. Yeni müttəfiqlər arayın.
Günün ikinci yarısında sizi maraqlı tanışlıqlar gözləyir
Axşam saatlarını ailə üzvləri ilə keçirin. Yaşlı qohumların
məsləhətlərinə qulaq asın.
Şir - qarışıq və çətin gündür. Yalnız yaxşı tanıdığınız insanlara
güvənin. Bu gün sizi aldatmağa çalışacaqlar. Maliyyə itkiləri,
uğursuz alış-veriş istisna deyil.
Pullarınıza yiyəlik edin. Adi günlərdən fərqli olaraq işdə
həmkarlarla fikir ayrılıqları sərtləşir. Emosional olmayın.
Yanınızdakı insanların nə demələrinə rəğmən yolunuzdan
sapmayın.
Sərt tənqidlərə məruz qalacaqsınız.
Səhhətinizdə kiçik problemlər, yaxud xroniki ağrıların
kəskinləşməsi ola bilər.
Travma riski var.
Qız - əvvəlki günlərdən fərqli olaraq qeyri-adi qərarlar verir,
tələsik addımlar atırsınız. Belə etməyin. Yaxın ətrafınızdakı
insanları orijinallıq və ekstravaqantlıqla təəccübləndirməyə
çalışmayın. Bütün bunlar münasibətlərə pis təsir edə bilər. İşgüzar
tərəfdaşlıqda olduğunuz insanlar sizi etibarsız və hərdəmxəyal
insan hesab edə bilərlər.
Kiçik maliyyə itkiləri istisna deyil. Gəlirlər az olacaq.
Vədlərinizə əməl edin, öhdəlikləri unutmayın. Unutqanlıq nüfuzunuza
ağır zərbə vura bilər. Dəvət aldığınız tədbirdə sonadək
oturmayın.
Diskomfort, rahatsızlıq hiss edə bilərsiniz. Axşam saatlarında
normal istirahət edin.
Tərəzi - birgə layihədə çalışmağa başlamaq üçün əlverişli gündür.
Nüfuzlu insanlarla görüşün, fəaliyyət sahənizlə bağlı mühüm
məsələləri müzakirə edin. Karyera müstəvisində inkişaf imkanlarını
nəzərdən keçirin. Qəfil işgüzar təkliflər ala bilərsiniz. Daha
yaxşı iş yeri tapmaq şansı yaranıb.
Maliyyə məsələləri yaxşılaşır. Alış-veriş edə bilərsiniz. Ailəvi
tədbirlər, qohumlara baş çəkmək, uşaqlarla istirahət üçün yaxşı
zamandır.
Əqrəb - ən kiçik məsələlərdə inadkarlıq nümayiş etdirərək güzəşt və
kompromissləri birmənalı olaraq rədd etməyin. Güzəştlər
yolveriləndir. Haqlı olduğunuza əsla şübhə etməyin. Mübahisədən
qalib çıxmağa çalışın. Sevincinizi gizlətməyin
İşdə həmkarlarla ciddi fikir ayrılıqları ola bilər. Onlar
uğurlarınızın səbatsız olduğunu deyirlər.
Günün ikinci yarısı yeni ideyalar vəd edir. Onlar uğurlu və ya
yaxşı ola bilərlər. Bəzi ideyaların reallaşdırılmasına dərhal
başlamaq olar. Əlverişli anları əldən verməyin. Alış-veriş üçün
münasib zamandır. Yaxınlarınıza sürprizlər edin.
Oxatan - işgüzar təmaslar və şəxsi münasibətlər sahəsində görüşlər
üçün yaxşı zamandır. Can atdığınız hədəfə xüsusi səylər olmadan da
çata bilərsiniz. Alış-veriş üçün əlverişli zamandır. İmiclə
eksperimenilər etmək olar.
Romantik münasibətlərdə irəliləyişlər olacaq. Sizi xoş sürprizlər
gözləyir. Günün ikinci yarısı hadisələrlə zəngindir. Bununla belə,
dostlar və ailə üzvləri ilə təmaslar üçün vaxt tapın.
Oğlaq - yaşam enerjisinin səviyyəsi yüksəkdir. Enerjili olun, aktiv
davranın. Çox çalışın, gərəkli nəticə əldə etmək üçün nəyin lazım
olduğunu müəyyənləşdirin.
Gərginlik və təlaşa qapılmayın, narahat olmayın. Yaxşı əhvalda
olun. Dostlar sizə dəstək olacaqlar.
Anlaşma, sövdələşmə, yeni kommersiya layihəsi üçün yaxşı gündür.
Biznes intuisiyanız güclü olsun, hansı layihənin gəlir verə
biləcəyini dəqiqləşdirin. Bahalı texnika, qeyri-adi mebel, interyer
əşyaları almaq olar.
Dolça - əvvəlcədən hazırladığınız planlardan birini reallaşdırmaq
üçün əlverişli günldür. Böyük ümidlər bəslədiyiniz layihə
çərçivəsində işlərə başlaya bilərsiniz. Yaxın ətrafınızdakı adamlar
qərarlar və addımlarınızın motivlərini həmişə anlamırlar. Fəqət
ruhdan düşməyin. Bu gün nə dəstəyə, nə də qərarlarınızın təqdir
olunmasına ehtiyac duymursunuz. Düşündüyünüz kimi çalışın.
İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz. Dövlət
strukturunda işləyirsinizsə, təmkinli davranın. Yaxınlarınızla
ünsiyyət üçün vaxt tapmasınız da, buna görə münaqişələr
yaranmayacaq.
Balıqlar - enerjili və aktiv olun. Çətin işlərə çəkinmədən
başlayın. Gərəkli nəticəni tezliklə əldə edə bilməsəniz, ruhdan
düşməyin.
Qətiyyət və iradə öz bəhrəsini verəcək. Fəqət uğurlarınız yaxın
ətrafınızdakı insanların paxıllığına səbəb olur. Həmkarlarla
münasibətlər korlana bilər.
İşgüzar tərfdaşların dəstəyini almağa çalışsanız da, onlar sizə
yalnız qısamüddətli layihələrdə dəstək ola biləcəklərini
deyəcəklər.
Şəxsi münasibətlər üçün əlverişli gündür. Yaxınlarınızla dil tapın.
Fikir ayrılıqları olsa da, münaqişələr üçün zəmin yaratmayın.