Ulduz falı – Uğurlu təsadüf gözlənilir
Qoç
Gün yeni ideyalar gətirəcək. Yaradıcılıq potensialı artacaq. Siz çətin məsələləri həll etməyə həvəsli olacaqsınız. Ev işlərini görməkdən çəkinməyin. Bu, başınızdan bəzi fikirləri atmağa kömək olacaq. Romantik görüş üçün günün ikinci yarısını seçin.

Buğa
Gün yaxşı başlayacaq, əfsuslar olsun ki, mənfi emosiyalar bunun davam etməsinə imkan verməyəcək. Qohumlarla, ya da dostlarla aranızda münaqişə düşəcəyi gözlənilir. Pulunuzun başqalarına xərclənməsi sizi kədərləndirəcək. Şərikli büdcəyə fərqli baxışlar mübahisələrin yaranmasına zəmin olacaq.

Əkizlər
Uğurlu təsadüf gözlənilir. Ehtimal ki, siz bundan istifadə edəcəksiniz. Yaxınlarınızla ünsiyyətdə olmaq üçün axşam saatlarını seçin. Siz həmin zamanda qarşı tərəfi daha yaxşı anlayacaqsınız və öz fikirlərinizi düzgün ifadə edəcəksiniz. Ehtimal ki, gözlənilməz sevgi etirafı da olsun.

Xərçəng
Pis olmayan başlanğıc getdikcə əks nəticələr verəcək. Bir balaca ayıq olun ki, şans deyilən anı qaçırmayasınız. Günün ikinci yarısında elə bir adamdan kömək alacaqsınız ki, o, sizinlə bu günə qədər maraqlanmayıb. Bu, həyatınızı dəyişdirə bilər.

Şir
Bu günü sakit keçirin, daha doğrusu, sakit keçirməlisiniz. Hansı iş vacib deyilsə, ətrafdakıların fikrinə məhəl qoymadan onu təxirə salın. Günorta ciddi mövzular ətrafında fikirləşmək olar. Gəldiyiniz nəticələri yaxınlarınızla paylaşın.

Qız
Bu gün ən yaxşı xüsusiyyətlərinizi daha parlaq nümayiş etdirəcəksiniz. Bu səbəbdən də rəğbətiniz olan adamın qəlbini fəth edə bilərsiniz. Bir sözlə, bu gün bəxtiniz yaxşı gətirəcək. Günün ikinci yarısında ciddi fikir ayrılığı özünü göstərəcək.

Tərəzi
Situasiya getdikcə sabitləşəcək. Siz problemlər və çətinliklər barədə fikirləşməyə bilərsiniz. Yaradıcılıq potensialınız yüksək olacaq. Istənilən işdən həvəslə yapışacaqsınız. Günün sonunadək əhvalınız yaxşı olacaq.

Əqrəb
Günün ikinci yarısı xoşagəlməz məqamla bağlı olacaq. Siz öz problemlərinizi başqalarının sayəsində həll edəcəksiniz. Onların sizi bir anda sudan quru çıxarmaları xoşunuza gələcək, amma sizi səmimi sevənlərlə aranızda mübahisə düşəcək.

Oxatan
Ehtiyatlı olun. Gün neqativ emosiyalarla zəngin olacaq. Işdə problemlər ola bilər, nəticə də maliyyə itkisilə qarşılanacaq. Günün müsbət tərəfi intellektual qabiliyyətinizin yüksək olmasıyla bağlı olacaq.

Oğlaq
Qonaq qəbul etmək üçün əlverişli zamandır. Siz həm söhbətcil olacaqsınız, həm də yaxşı qonaq qarşılayan ev yiyəsi təsiri bağışlayacaqsınız. Maraqlı təkliflər də gözlənilir. Tələskənliyə yol verməsəniz, çətinliklərdən yaxşı çıxarsınız.

Dolça
Ulduzlar iddia edir ki, bu gün daha çox şəxsi xarakterli məsələlərin həllinə yararlıdır. Digər tərəfdən, gün yaradıcılıq baxımından da məhsuldar olacaq. Uğurlu alış-veriş gözlənilir. Dostlarla görüş, fəal istirahət və səfər sizləri sevindirəcək.

Balıqlar
Siz diqqətə layiq olmayan məsələləri ürəyinizə salırsınız. Sakit ola bilmirsiniz. Günün birinci yarısında yaxınlarla aranızda mübahisələrin baş verəcəyi ehtimal edilir. Axşama doğru sakitləşəcəksiniz, işlər də qaydasına düşəcək.
Print Email
FaceBook Twitter Google