Ulduz falı – Son zamanlar enerjilisiniz
Qoç
Vacib işlərin həllini ikinci plana atmaqla, özünüzə zərbə
vurursunuz. Boş vaxtınızı səmərəsiz işlərə sərf etməyin faydası
yoxdur. Yorğun olandan sonra işə girişməyinizin də mənası yoxdur,
çünki yarımçıq qalacaq.
Buğa
Öz problemləriniz o qədər çoxdur ki, ən yaxın ətrafınıza qarşı
diqqətsizlik nümayiş etdirirsiniz. Halbuki, ən yaxın adamınız
sizdən qayğı umur. Yaxşı olar ki, yaşlı adamlara qarşı daha çox
diqqət göstərəsiniz.
Əkizlər
Son zamanlar enerjilisiniz. Hər işin öhdəsindən məharətlə
gəlirsiniz. Işin ağırlığı sizi qorxutmur. Halbuki, başqaları bunu
özlərinə çoxdan dərd edərdi. Ulduzlar belə nikbin qalmağı tövsiyə
edir.
Xərçəng
Qida rasionunuza diqqət yetirin. Zəhərlənmək ehtimalı var. Yaxşı
olar ki, daha sağlam qidalara üstünlük verəsiniz. Ayaqüstü
yeməklərlə daxili orqanlarınızın funksiyasını pozmayın. Sevdiyiniz
şəxslə görüş üçün əlverişli gündür.
Şir
Işgüzar müstəvidə uğurlar istisna deyil. Şəxsi müstəvidə vəziyyət
qaydasında olacaq. Ən yaxın adamınız xoş sürprizlə sizi sevindirə
bilər.
Qız
Ürəyinizdən sürpriz edərək ailə üzvlərinizi sevindirmək keçəcək.
Bəzi problemlər istisna deyil. Buna baxmayaraq, siz məqsədli
şəkildə arzunuzu reallaşdırmağı bacaracaqsınız.
Tərəzi
Bəzi problemləri həll edəcəksiniz. Məntiqlə düşünməyi bacarsanız,
yarımçıq qalmış məsələləri tamamlayarsınız. Gün təmir və ya
təmizlik işləri aparmaq baxımından məhsuldar olacaq.
Əqrəb
Maddi baxımdan irəli getmək fikri başınızdan çıxmır. Yeni gəlir
mənbəyinə sahib olmaq istiqamətində çalışmalarınızı davam
etdirəcəksiniz. Ulduzlar yaxın vaxtlarda gəlirinizin olacağından
xəbər verir.
Oxatan
Bu gün hamı ilə dil tapacaqsınız. Dostlarla ünsiyyətdən xüsusi zövq
alacaqsınız. Günün xoş keçməsi sizin həyata nikbin baxışlarınızdan
qaynaqlanır.
Oğlaq
Boş vaxtınızı səmərəli istifadə etməyin yollarını arayın.
Sevdiyiniz işlə məşğul olmaq imkanı yaranacaq. Gününüzü maraqlı
keçirməyi bacarın.
Dolça
Səfər gözlənilir. Ancaq bu yolçuluğun elə də xoş olmayacağı
bildirilir. Bu səfər hansısa prblemi həll etmək zərurətindən
doğacaq. Yaxınlarınız sizə kömək olacaqlar.
Balıqlar
Işdə sakitçilik hökm sürür. Evdə isə həllini gözləyən ailə-məişət
məsələləri durur. Işə girişməkdən çəkinirsiniz. Hər yolla bəhanə
edib problemləri yoluna qoymursunuz. Yaxınlarınız bundan inciyə
bilər.