Ulduz falı – Nikbinliyiniz itib
Qoç
Ünsiyyət üçün münasib gündür. “Çətin” hesab etdiyiniz adamlarla bu
gün dil tapmaq sizin üçün asan olacaq. Şənliklərdə, tədbirlərdə
diqqət mərkəzində olacaqsınız. Bundan da məmnun qalacaqsınız.
Buğa
Nikbinliyiniz itib. Bu əhval da sizi qane etməyəcək. Ancaq yaranma
səbəbini dəqiqləşdirmədən ondan yaxanızı da qurtara
bilməyəcəksiniz. Kommersiya işləri üçün məhsuldar gündür.
Əkizlər
Elə bir informasiya əldə edəcəksiniz ki, onun sayəsində
professional məsələləri həll edə biləcəksiniz. Dostlarınıza və
yaxın ətrafınıza balaca da olsa sürpriz edəcəksiniz.
Xərçəng
Istirahət edin, yorucu və çətin işləri təxirə salın. Danışarkən
diqqətli olun. Informasiyanı paylaşarkən başqalarına aid olan və
saxlamağınız gərəkən sirrin üstünü aça bilərsiniz.
Şir
Bu gün sizi son zamanlar narahat edən bir sıra suallara cavab
tapacaqsınız. Təəssüf ki, alacağınız cavab ürəyinizcə olmayacaq.
Yaxşı olar ki, bu gün az danışıb, çox qulaq asasınız. Onda vacib
məlumatı qaçırmayacaqsınız.
Qız
Həyat eşqiniz sönük görünür. Bu üzdən də gücünüzün bərpası üçün
istirahət etməyə ehtiyacınız var. Bu gün eksperimental
əyləncələrdən və yorucu məşğələlərdənn imtina edin.
Tərəzi
Uzaq qohumlarla dil tapacaqsınız. Başqa şəhərdə yaşayan tanışınızla
vacib məsələ ətrafında müzakirələr apara bilərsiniz. Bəzi
“Tərəzi”lərin yerlərini dəyişmək üçün əsasları olacaq.
Əqrəb
Yaxınlarınızın ciddi problemləri olacaq. Bu problemləri isə sizsiz
həll edə bilməyəcəklər. Gün yorucu təsir bağışlayacaq. Bu səbəbdən
də səhhətinizin pisləşəcəyi gözlənilir.
Oxatan
Azyaşlı uşaqlardan xoş sürpriz alacaqsınız. Rəsmi, yaxud da
qeyri-rəsmi təntənəli mərasimlərdə iştirakınız məsləhət deyil.
Çünki yorulacağınız və darıxacağınız gözlənilir.
Oğlaq
Uğurlu gündür. Xoş xəbər alacağınıız da istisna deyil. Uzaqdan
gələn məktub, yaxud məlumat əla ideya verəcək. Həmin ideyanı
reallaşdırmaq zəruridir.
Dolça
Ailədə problemlərin yaşanacağı bildirilir. Yaxınlarla dil tapmaq
asan olmayacaq. Hobbinizə qayıdın, bu gün onunla məşğul olmaqla
əhvalınızı qaldıra bilərsiniz.
Balıqlar
Məsuliyyətli olmağınız, işə ciddi yanaşma tərziniz yaşca sizdən
böyük olanlarda yaxşı təəssürat oyadacaq. Maliyyə işlərində,
əmlakla bağlı məsələlərdə problemləri aradan qaldıracaqsınız.