Ulduz falı – Gərgin məsələlərin aydınlaşdırılmasına tələsməyin
Qoç
Gərgin məsələlərin aydınlaşdırılmasına tələsməyin. Bunun üçün sakit şəraitin olmasını gözləyin. Qarşınızdakını tənqid etməyə tələsməyin, səbirli olun. Qəfildən planlarınızda dəyişiklik etməyə məcbur olacaqsınız.

Buğa
Ən mühüm işi təxirə salmadan yerinə yetirməyə çalışın. Problemləri tədricən həll edin. Yaxın ətrafınızdakı insanların fikirlərini dinləyin. Yaranmış situasiyaya alışsanız yaxşı olar. Yaxınlarınızla ünsiyyətdə sərt olmayın.

Əkizlər
Yaxşı olar ki, bu gün cari işlərlə məşğul olasınız. Mümkün qədər az tapşırıq və göstərişlər verin. Sizi dinləməyə hazır olan insanları arayın. Bu insanlarla ümumi maraqlarınız ola bilər.

Xərçəng
Sizə yaxın olan adamlarla planlarınız üst-üstə düşməyə bilər. Yeni, faydalı imkanlar əldə edin, maraqlı insanlarla tanış olun. Hadisələr qəribə şəraitdə cərəyan edəcək. Zamanla bütün suallarınıza cavab tapacaqsınız.

Şir
Pozitiv xəbər eşidəcəksiniz. Əlavə işlərinizin sayı artacaq. Bu səbəbdən gərgin olacaqsınız. Yardım üçün başqalarının da diqqətini cəlb edə bilərsiniz.

Qız
Anlaşılmazlığı aradan qaldıra bilərsiniz. Müxtəlif yerləri ziyarət edin, yeni simalarla tanış olun. Axşam saatlarında səs-küylü əyləncəni seçməyin, istirahət edin.

Tərəzi
Sizi narahat edən suallara cavab almaq üçün təşəbbüskar olun. Daxili gərginliyi azaldın. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Vaxtınızın əksəriyyətini rahat, sakit şəraitdə keçirin.

Əqrəb
Şəxsi münasibətlərin inkişafında dəyişiklik olacaq. Yarımçıq işləri başa vurmağa çalışın. Günün ikinci yarısında tənbəllik sizə hökmranlıq edəcək. Könlünüzdən macəra axtarışı keçəcək. Yeni əlaqələr qurarkən diqqətli olun.

Oxatan
Yeni ideyalara imza atacaqsınız. Bədxahların məkrli planının baş tutmaması üçün ehtiyatı əldən verməyin. Işdə rəhbərliklə münaqişə yaranmaması üçün fitnələrə uymayın, aldanmayın. Işlərinizin çoxluğundan bu gün deyinəcəksiniz.

Oğlaq
Planlarınızı reallaşdırmaq üçün yaxın bildiyiniz insanlara müraciət edin. Seçim edəndə diqqətli olun. Ailə və ev üçün faydalı işlə məşğul ola bilərsiniz. Ulduzlar bu gün fiziki işlə məşğul olmağı təklif edir.

Dolça
Yeni işə başlamazdan əvvəl lazımi məlumatları toplayın. Bu gün fiziki işin faydasını görəcəksiniz. Hisslərə gəlincə. Bu sferada bir balaca soyuqqanlı olmağınız məsləhətdir. Evdə dəyişikliklər ola bilər.

Balıqlar
Yeni əlaqələr qurarkən tələskənliyə yol verməyin. Fikrinizi bildirərkən hövsələsizlik nümayiş etdirməyin. Dostlarla görüş, yarımçıq qalan işlərin başa çatdırılması üçün məhsuldar gündür. Ev işlərilə də məşğul olmağın öz faydası var.
Print Email
FaceBook Twitter Google