Ulduz falı – Bu gün istənilən işdən yapışa bilərsiniz
Qoç
Bütün işlərdə tələskənliyə yol verməyin. Ailə münasibətlərində
gərginliyi aradan qaldırın. Yaxşı olar ki, bu gün həm ağzınızdan
çıxanlara, həm də hər hərəkətinizə fikir verəsiniz. Zədə almaq
ehtimalı da istisna deyil.
Buğa
Maliyyə çətinliyi yaşaya bilərsiniz. Professional statusunuzu
itirmək təhlükəsi də var. Ətrafdakılarla münasibətiniz gərgin
xarakter alacaq. Problemlərinizi həll etməkdə sizə yardımçı ola
biləcək birisinin peyda olacağı da gözlənilir.
Əkizlər
Bu gün istənilən işdən yapışa bilərsiniz. Sizin bugünkü düşməniniz
vaxt çatışmazlığı olacaq. Bu səbəbdən də etibar etdiyiniz
adamlardan yardım istəyin. Əks cinsin nümayəndələrini cəlb etmək
şansınız olacaq.
Xərçəng
Günün uğur gətirib-gətirməyəcəyi yalnız özünüzdən asılı olacaq.
Təlaşlanmayın, ətrafa nəzər salın,əks halda vacib faktoru qaçırmış
olacaqsınız. Sahib olduğunuz əmlaka nəzarət edin, çünki qiymətli
əşyanızı itirmək təhlükəsi də var.
Şir
Istənilən danışıqlar yaxşı keçəcək. Qarşı tərəfin xətrinə dəymədən,
maraqlarınızı güdərək fikrinizi düzgün ifadə edəcəksiniz. Işdə
yaxşılığa doğru dəyişikliklər gözlənilir.
Qız
Bu gün diqqətcil və ehtiyatlı olun. Çünki ən xırda səhviniz
gələcəkdə fəsadlarını göstərə bilər. Vacib görüşə gedərkən xarici
görünüşünüzə fikir verin.
Tərəzi
Ünsiyyətcil olmağınız bu gün sizə fayda gətirməyəcək. Həmçinin bu
gün işgüzar təkliflərlə çıxış etməyiniz məsləhət deyil. Təmir
işlərinə başlamazdan əvvəl iki dəfə düşünün, bir dəfə hərəkətə
keçin.
Əqrəb
Çoxdankı ideyanızı reallaşdırmaq şansınız yaranacaq. Enerjili
olmağınızla ətrafdakıları təəccübləndirəcəksiniz. Liderlik
xüsusiyyətinizi nümayiş etdirə bilərsiniz.
Oxatan
Təəssüf ki, məhsuldar gün deyil. Çətinliklərdən qaçmağın yeganə
yolu həyat prinsiplərinizə sadiq qalmaqla fəallığınızı azaltmaq
olacaq. Qarşınızda perspektivlər açılacaq.
Oğlaq
Yaxşı olar ki, şəxsi müstəvidə diqqətinizi toplayasınız.
Professional yüksəliş baxımından elə də məhsuldar gün deyil. Hətta
kommersiya işlərilə məşğul olan nümayəndələr üçün təhlükəli gündür.
Məsrəflərə hazır olun.
Dolça
Professional sferada proqress gözlənilir. Karyerada yüksəliş
olacağı da ehtimal olunur. Gün məhkəməyə müraciət, hüquq-müdafiə
məsələlərinin həlli üçün əlverişlidir.
Balıqlar
Çətin gündür. Professional sferadakı çətinliklər sizi sevməyənlərin
ucbatından baş qaldıracaq. Söhbət o kəslərdən gedir ki, onlar
sizinlə açıq müharibədən çəkinirlər. Ailədə də problemlərin olacağı
istisna deyil. Bu problemlərin xroniki xarakter almaması sizdən
asılıdır.