Ulduz falı: 22 oktyabr - Yeni tanışlıq peşəkar sahədə faydalı olacaq
Qoç -
İntuisiyanıza qulaq asın: onun məsləhətləri bu gün sizin üçün
xüsusilə faydalı olacaq. Adi işlər asanlıqla alınacaq və siz yeni
vəzifələrin də öhdəsindən yaxşı gələcəksiniz. Uzaqdan gələn
xəbərlər maraqlı fikirlərə sövq edəcək, yaxın gələcəkdə diqqətinizi
nəyə yönəldəcəyinizi söyləyəcək. Xoş tanışlıqlar, çox sevinəcəyiniz
görüşlər baş tuta bilər. Son vaxtlar darıxdığınız insanlarla
münasibətləri bərpa etmək fürsəti yaranacaq. Axşam sevdiyiniz
insanla görüşmək, hər ikiniz üçün vacib olan məsələlər barədə
danışmaq üçün münasib vaxtdır.
Buğa -
Gün kifayət qədər xoş keçəcək. Son zamanlar düşündürən bir çox
suallara cavab tapacaqsınız. Uğurlu bir təsadüf sayəsində çox
narahatlıq gətirən problemlər həll ediləcək. Boş yerə vaxt
itirməyəcəksiniz, planlaşdırdığınızdan da çoxunu etməyə vaxtınız
olacaq. Köhnə tanışlar ən çətin problemlərin həllində kömək etməyə
hazır olacaqlar. Başqaları ilə ümumi dil tapmaq hər dəfə asan
olmayacaq; onlar sizin hərəkətlərinizin motivlərini səhv başa düşə
bilərlər. Siz qəzəblənməyəcəksiniz, aşkar görünən məsələləri səbrlə
təkrar-təkrar izah edəcəksiniz. Xeyirxahlığınız sayəsində
münasibətlərdə problemlər aradan qalxacaq.
Əkizlər -
Gün tanış işlərlə, tanış problemlərin həlli ilə başlamalıdır. Yeni
bir iş götürmək çətin olacaq: ən dügün şəkildə necə hərəkət
edəcəyinizi dərhal başa düşməyəcəksiniz, uğur qazanmağınıza dair
çoxlu şübhələr olacaq və dəstəyinə inandığınız insanlar kömək
etməkdən imtina edə bilərlər. Bir neçə saatdan sonra vəziyyət
dəyişəcək, anlayacaqsınız ki, hərəkət etmək vaxtıdır. Nağd maliyyə
daxilolmaları, o cümlədən gözləmədiyiniz mənbələrdən gəliriniz və
hədiyyələr ola bilər. Məbləğ, çox güman ki, az olacaq, lakin çox
faydalı alınacaq. Bəzi planlaşdırılmamış alış-verişlər edərək
yaxınlarınızı sevindirə bilərsiniz.
Xərçəng - Günün başlanğıcı sakit olacaq.
Konsentrasiya və yüksək diqqət tələb edən vəzifələr üçün uyğundur.
Başqalarının gözdən qaçırdığı detalları görəcəksiniz, hətta kiçik
səhvlərə belə yol verməyəcəksiniz. Uğurlu işgüzar danışıqlar baş
tuta bilər. Əvvəllər haqqınızda demək olar ki, heç nə bilməyən
insanlarda xoş təəssürat yaradacaqsınız. Günün ikinci yarısı
narahatlıq və həyəcan olmadan keçməyəcək. Bu zaman emosional fon
xüsusilə gərgin olacaq. Sizi nəyin sevindirə biləcəyini düşünün.
Dostlarla görüşə, gəzintiyə çıxa, köhnə hobbiyə qayıda bilərsiniz.
Bütün bunlar əhvalınızı yüksəldəcək.
Şir - Gün yaxşı olacaq, amma yenə də həyəcansız
keçəcəyi gözlənilmir. İlk yarıda işdə bəzi anlaşılmazlıqlar,
həmkarlarla fikir ayrılıqları ola bilər. Vəziyyəti yaxşılığa doğru
dəyişdirmək üçün necə davranacağınızı tez başa düşəcəksiniz.
Keçmişdə qazandığınız təcrübə, şübhəsiz ki, faydalı olacaq. Günün
ikinci yarısında yaxınlarınızla münasibətlərin necə inkişaf
etdiyinə diqqət yetirmək vacibdir. Onlarla ümumi dil tapmağa
çalışın, səbrli və nəzakətli olun. Bu, bir çox gərgin anlardan
qaçmağa imkan verəcək. Uğurlu səfərlər mümkündür.
Qız - Bu gün soyuqqanlılığınızı qorumaq həmişəkindən daha çətin ola
bilər. Təmkininizi itirsəniz, işlər plana uyğun getməyə bilər.
Qərar verməyə tələsməmək, keçici emosiyalara qapılmamaq daha
yaxşıdır. Ciddi söhbətlər günortaya qədər təxirə salınmalıdır. Bu
halda onlar daha çox uğur qazana bilər. Maliyyə məsələlərində
diqqətli olmalısınız. Böyük alışlar etməzdən əvvəl iki dəfə
düşünün, vacib olmayan alışlara vəsait xərcləməyin. Özünüzü hər
hansı öhdəliklərə bağlamaq da arzuolunmazdır. Sözünüzü tutmaq
düşündüyünüzdən də çətin olacaq.
Tərəzi - Səhər həyəcanlanmamağa və əsəbi olmamağa çalışın. Özünüzü
idarə etmək və emosiyalara tab gətirmək bacarığına ehtiyacınız
olacaq. Vacib qərarlar təkbaşına verilməlidir. Məsləhətlər sizi
yaxşı tanıyan insanlar tərəfindən verilsə belə, çətin ki, sizin
üçün faydalı olsun. Günün ikinci yarısı uğurlu və hadisələrlə
zəngin olacaq. Maraqlı işlər ortaya çıxacaq, həvəslə yeni vəzifələr
götürəcəksiniz. Bəzi qeyri-adi kəşflər ola bilər, yaxşı xəbərlər
ala bilərsiniz. Sevən Tərəziləri romantik sürprizlər
sevindirəcək.
Əqrəb - Həddindən artıq işləməməyə çalışın. Gün yorucu və çətin
işlər üçün münasib olmayacaq. Səbrinizi tez-tez sınayan, əhvalınızı
pozan insanlarla ünsiyyətdən çəkinməyiniz də məsləhətdir. Bir
müddət də olsa, qayğılardan yayınmaq faydalı olacaq. Maraqlı
məşğuliyyətlər axtarın, sizi həqiqətən ruhlandıran işi görün. Bütün
bunlar özünüzü daha yaxşı hiss etməyə kömək edəcək. Kiçik maliyyə
itkiləri ehtimalı var. Alış-verişə tələsməmək daha yaxşıdır - vacib
olmayan bəzi əşyalara çox vəsait xərcləmək riski daşıyırsınız.
Oxatan - Günün başlanğıcı yaxşı alınacaq. Bir çox mürəkkəb
məsələləri həll etmək, əvvəllər çoxlarını çaşdıran problemlərin
öhdəsindən gəlmək imkanınız olacaq. İnsanlarla ünsiyyət qurmaq,
yeni tanışlarda xoş təəssürat yaratmaq bacarığı işinizə yarayacaq.
Daha əvvəl fərqinə varmayanlar sizə diqqət yetirəcəklər. Yəqin ki,
dostluq və ya romantik münasibətlərin başlanğıcı baş tutacaq. Günün
ikinci yarısı daha yorucu ola bilər. Eyni anda bir neçə işi
görməli, başqalarının problemlərini həll etməli olacaqsınız. Bütün
bunlar kifayət qədər yorucu olacaq, ona görə də axşam yəqin ki,
istirahət etmək istəyəcəksiniz.
Oğlaq - Ciddi işlər və mühüm iş tapşırıqlarının həlli üçün yaxşı
gündür. Hər şeyə məsuliyyətlə yanaşacaqsınız, buna görə də kiçik
səhvlərə də yol verməyəcəksiniz. İşgüzar danışıqlar yaxşı gedəcək,
nüfuzlu insanların dəstəyinə müraciət edə biləcəksiniz. Mənfəət
gətirəcək sövdələşmələr bağlamaq şansınız olacaq. Şəxsi
münasibətlərdə müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Həm
köhnə tanışlarınızla, həm də bu yaxınlarda ilk dəfə görüşdüyünüz
insanlarla asanlıqla ümumi dil tapa bilərsiniz. Romantik bir
hekayənin başlanğıcı istisna edilmir.
Dolça - Gün biznesdə təşəbbüs göstərmək, ideyalarınızdan danışmaq,
əvvəllər əməkdaşlıq etdiyiniz insanlara yeni nəsə təklif etmək üçün
münasibdir. Vəziyyət yaxşı olacaq və gözlədiyinizdən də böyük
uğurlar qazanacaqsınız. Ola bilsin ki, faydalı əlaqələr də
qurulacaq. Yaxınlarınıza qarşı səbrli olun. Bu, fikir
ayrılıqlarının və mübahisələrin qarşısını alacaq. Heç bir
uzunmüddətli planı müzakirə etməmək daha yaxşıdır: bu cür söhbətlər
qarşılıqlı iddialara və narazılıqlara səbəb ola bilər.
Balıq - Gün ünsiyyət üçün çox əlverişli olacaq, müxtəlif insanlarla
asanlıqla anlaşacaqsınız. Nüfuzlu şəxslər öz yardımlarını təklif
edə bilərlər. Nəzərə alın ki, onlar çox güman, təmənnasız
olmayacaqlar, buna görə də əvəzində bir növ lütf göstərməli
olacaqsınız. Natiqlik bacarığınız işə yarayacaq - fikirlərinizlə
dinləyiciləri maraqlandıracaqsınız. Səfərlər yaxşı keçəcək. Maraqlı
bir tanışlıq gözlənilir. Uzun bir dostluq və ya romantik bir hekayə
başlaya bilər.