"Marneuli" radiosu 11 yanvar, 2024-cü il tarixi üçün ulduz
falını təqdim edir:
Qoç - ünsiyyətdə səmimi, qayğıkeş olun.
Münasibətlərdəki aktiv mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq.
Ən rutin işlərin görülməsində yaradıcılıq imkanları yaranır.
Mövqeyinizi ətrafınızdakı insanlara çatdırın. Günün ikinci
yarısında dəyər verdiyiniz insanların ideyalarından tam hali
olmamış xudpəsəndlik etməyin. Aktiv olun. Axşam saatlarına yaxın
ailə üzvlərinizi sevindirin. Qayğı və
anlamla davranaraq
münasibətləri yaxşılaşdırın. Gəzintiyə çıxa bilərsiniz.
Buğa - günün ilk yarısında situasiya kəskin
reaksiya, qərarların qəbul olunması prosesində çeviklik tələb edir.
Məntiqli, soyuqqanlı olun. Yalnız belədə uğur qazana bilərsiniz.
Maraqlı ideyalarını sizinlə bölüşəcək həmfikirlərlə dil tapmağa
çalışın. Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Məişət
əşyaları, rabitə və ya nəqliyyat vasitəsi almaq olar. Axşam
saatlarını yaxınlarınızla keçirin. Ümumi işlər və əyləncəyə birgə
yollanmaq sizi bədbinlikdən qurtara bilər. Subaysınızsa, seçim
məcburiyyəti ilə qarşılaşacaqsınız.
Əkizlər - günün ilk yarısı yeni işlərə başlamaq
üçün əlverişlidir. İnnovasiyalı layihənin ilkin mərhələsində fəal
olun. Həmkarları və ya həmfikirləri özünüzə cəlb edin. Münaqişəli
situasiyaları həll edin. Günün ikinci yarısında iradlara və tənqidə
ifrat dərəcədə sərt reaksiya verməyin. Şəxsi münasibətlərdə
harmoniyaya nail olun. Dəyər verdiyiniz insanlar sözlərinizə
diqqətlə qulaq asacaqlar. Axşam saatlarını dostlarla keçirin.
Xərçəng - günün ilk yarısında ən ağır işlərlə
məşğul ola bilərsiniz. Özünüzə güvənin. Diqqətinizi cəmləyin, bilik
və bacarıqlarınızı nümayiş etdirin. Çətin məsələlərin həllində süst
davranmayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara
sərt iradlar bildirməyin. Nöqsanlar barədə bərkdən danışmayın,
sürəkli məsləhətlər verməyin. Belə davranış ən yaxın adamları
sizdən soyuda bilər. Axşam saatlarında sevdiyiniz insanla mübahisə
etməyin. Təmasları daha da səmimiləşdirin. Yaxın ətrafınızda peyda
olacaq insanlardan biri yaşamınızda önəmli rol oynaya bilər.
Şir - günün ilk yarısında vəziyyət ilk baxışdan
ümidsiz təsir bağışlasa da, ruhdan düşməyin. Çaşqınlığa yol
verməyin, hadisələrin axarını nəzarətsiz qoymayın. Qətiyyətli və
iradəli davranışın mükafatı yaxşı nəticə olacaq. Günün ikinci
yarısında peşəkar fəaliyyət sahəsindəki problemlərin orijinal
həllini tapacaqsınız. Gərəkli insanlarla əlaqələri inkişaf etdirin.
Kollektiv fəaliyyətlə mövqelərinizi möhkəmləndirməyə çalışın. Şəxsi
münasibətlərdə dəyişikliklər üçün yaxşı zamandır. Dəyər verdiyiniz
insanla təmaslar sizi sevindirəcək. Axşam saatlarında istədiyiniz
kimi istirahət edə bilərsiniz.
Qız - günün ilk yarısında böyük layihənin ilk
mərhələsində çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin.
Unutmayın ki, böyük nailiyyət kiçik uğurlardan ibarətdir.
Planlaşdırmaya başlayın. Qarşınıza ambisioz məqsədlər qoymayın.
Günün ikinci yarısında irəliləyiş üçün bünövrə hazırlayın.
Yaxınlarınızla münasibətlərdə ifrat səxavətiniz və
sentimentallığınızdan elə sizə qarşı istifadə oluna bilər.
Qayğıkeş, amma praktik davranın. Maraqlarınızı qorumaqdan
çəkinməyin.
Tərəzi - işgüzar tərəfdaşlar və həmkarlarla
münasibətləri sərinləşdirməyin. Günün ilk yarısında problemlərin
yeni həllini tapa bilərsiniz. Qarşılıqlı mənfəəti unutmayın. Bilik
və bacarıqlarınızı nümayiş etdirin. Günün ikinci yarısında həddən
artıq zəhmət, enerji tələb edən işlərlə məşğul olmayın. Aktiv olun.
Yaxınlarınızın ehtiyaclarını təmin etmək üçün əlavə vəsaitə ehtiyac
var. Ailə üzvlərindən birinin üzləşdiyi ağır situasiyanı təhlil
edin. Yardım istəyən insandan köməyi əsirgəməyin.
Əqrəb - mühüm işlərə başlamazdan əvvəl yaxşı
hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar
tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa
çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət
ayırın. Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir.
Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yedişib. Gərəksiz
əlaqələrdən qurtulun. Ötənləri xatırlayıb köks ötürməyin.
Oxatan - gərgin və aktiv fəaliyyətin yaxşı nəticə
verməsi üçnü təkbaşına çalışmayın. Yaddan çıxardığınız vədləri
qarşı tərəf unutmayıb.Yolda çətinliklər yarana bilər. Uzunmüddətli
səfərlərə çox qüvvə və vaxt sərf etməyin. Yaranan imkanlardan
faydalanmağı unutmayın. Günün ikinci yarısında münaqişəli vəziyyət
yaratmayın. Tərəfdaşla ünsiyyətdə mənfi emosiyaların izharına yol
verməyin. Fikir ayrılıqları və inciklik istisna deyil. Sərt sözlər
münasibətlərin sərinləşməsinə səbəb olacaq.
Oğlaq - günün ilk yarısı əlverişli zamandır.
Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz.
Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna
deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun.
Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə
yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını
əsirgəməyəcəklər. Sevdiyiniz insan üçün qısqanclığa səbəb
yaratmayın.
Dolça - çoxdan hazırladığınız planları
reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr
yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun.
Cəsarətli, amma nəzakətli davranın.Günün ikinci yarısında yeni
layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan
çəkinməyin. Şəxsi münasibətlərdə irəliləyiş ola bilər.
Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın
səviyyəsi yüksəkdir. Axşam saatlarında normal istirahət etməyə
çalışın.
Balıqlar - yaxın ətrafınızdakı insanlar sizi
dəstəkləyəcəklər. Sizdən dəstək gözləyən insanlara kömək edin.
Başqalarının qərar və hərəkətlərini aşkar şəkildə pisləməyin. Günün
ikinci yarısında yaxşı tanımadığınız insanları müzakirə mənbəyinə
çevirməyin. Çətin və mürəkkəb məsələləri həll etmək gərəkdirsə,
risklərə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Dəyər
verdiyiniz insanların planları və istəkləri barədə onlara
düşündüklərinizi desəniz, inciyəcəklər. Axşam saatları romantik
əhval üçün əlverişli deyil. Sakit şəraitdə dincəlməyə çalışın.