Tbilisidə “Zəfər Günü”nə həsr olunmuş konsert proqramı keçirildi
21:32 / 07.11.2025
6 noyabr tarixində Tbilisidə “Zəfər Günü”nün 5-ci ildönümünə həsr
olunmuş konsert proqramı baş tutdu.
Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şota Rustaveli
adına Dövlət Teatrında keçirildi.
Konsert Azərbaycan və Gürcüstanın dövlət himnlərinin
səsləndirilməsi ilə açıldı. Ardınca 44 günlük Vətən müharibəsində
həlak olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad
olundu.
Tədbirin
rəsmi hissəsində çıxış edən Azərbaycanın Gürcüstandakı
səfiri Faiq Quliyev Zəfər Gününün tarixi və siyasi əhəmiyyətindən
danışaraq qeyd etdi ki, bu gün təkcə qələbə bayramı deyil, həm də
Azərbaycanın ərazi bütövlüyünün bərpasının və milli birliyin
simvoludur.
Konsertdə çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov vurğuladı ki,
Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunması və
Vətənlə bağlılığının güclənməsi istiqamətində bu cür tədbirlər
xüsusi əhəmiyyət daşıyır. O bildirdi ki, gənc nəsildə
vətənpərvərlik ruhunun formalaşmasında belə mədəni layihələr mühüm
rol oynayır.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu
Nağıyev də iştirak edərək çıxış etdi. Deputat öz nitqində
Azərbaycan Ordusunun şücaətindən, Vətən müharibəsində qazanılan
qələbənin region üçün yaratdığı yeni reallıqlardan və diasporun
milli birliyə verdiyi töhfələrdən bəhs etdi.
Tədbirin bədii hissəsində tanınmış müğənni Zamiq Hüseynov “Mənim
atam qəhrəmandır” mahnısı ilə səhnəyə çıxdı. İfa tamaşaçılar
tərəfindən böyük rəğbətlə qarşılandı. Daha sonra konsert Zamiq
Hüseynovun vətənpərvərlik mövzusunda ifaları və Gürcüstan Dövlət
Rəqs Akademiyasının “Erisioni” ansamblının rəqs nömrələri ilə davam
etdi.
Tədbirin məqsədi Azərbaycanın qəhrəman oğullarını yad etmək və
Zəfər Gününün qələbə ruhunu paylaşmaq olub. Qeyd edək ki, konsertə
giriş biletlə olsa da, biletlər ödənişsiz təqdim olunub.
Xatırladaq ki, 8 noyabr — “Zəfər Günü” Azərbaycan xalqı üçün
müqəddəs gündür. Bu tarix Azərbaycan Ordusunun 2020-ci ildə 44
günlük Vətən müharibəsində qazandığı tarixi qələbəni və ölkənin
ərazi bütövlüyünün bərpasını simvolizə edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.