Qaracalar kəndində demokratik yolla seçilmiş ilk müsəlman qadın-deputat Pəri xanım Sofiyevanın memorialının açılışı olub
6 iyun tarixində Qardabani bələdiyyəsinin Qaracalar kəndində demokratik yolla seçilmiş ilk qadın-deputat Pəri xanım Sofiyevanın memorialının açılışı olub.

Açılış Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının təşəbbüsü və təşkilatçılığı ilə olub. Memoriala dövlət naziri Ketevan Tsixelaşvili çələng qoyub.

Dövlət naziri Pəri xanım Sofiyevanın siyasi fəaliyyətinin çox mühüm olduğunu vurğulayıb.

“Düz 100 il öncə bizim ölkəmizdə ilk demokratik respublika yaradılarkən Pəri xanım Sofiyeva demokratik yolla seçilmiş ilk müsəlman qadın oldu. O, seçki kollegiyasının üzvü idi və onun adı ilə çox sayda təşəbbüs bağlıdır. Həqiqətən də bunun Gürcüstanda, bu yerlərdə olması qürurvericidir.

100 il öncə bir çox ölkədə qadınların səsvermə hüququ belə yoxkənhəmin vaxt seçilmiş orqanlarda, Tbilisdə və bölgələrdə etnik azlıqlar, o cümlədən qadınlar təmsil olunurdular. Partiyaların seçki siyahılarında 26 qadın var idi. Bu əsrlərə və bizim ölkənin dəyərlərinə söykənən çox böyük ənənədir ki, bunu da mütləq davam etdirməliyik. Bizim əcdadlarımız başa düşürdülər ki, bərabərlik cinsiyyət, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq hüquqlardan bərabəər səviyyədə faydalanmaq deməkdir. Bu bizim demokratik dövlətimizin prinsipidir və bu istiqamətdə daha da irəliyə getməliyik”
– deyə Ketevan Tsixelaşvili bildirib.

Memorialın açılışında rəsmi şəxslər və yerli əhali ilə birgə Pəri xanım Sofiyevanın nəvələri, həmçinin Kvemo Kartli qubernatoru Qriqol Nemsadze və Qardabani bələdiyyəsinin meri Ramaz Budağaşvili də iştirak edirdilər.

1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edildikdən sonra ölkənin əsas qəzalarının ərazisində, o cümlədən Tbilisi qəzasının Qarayazı dairəsində seçkilər keçirildi. Bitərəf müsəlman-qadın namizəd Pəri xanım Sofiyeva aparıcı Sosial Demokratlar və Federalistlər, “Hümmət”, Milli Demokratlar və Eserlər partiyalarının namizədlərini üstələdi və Tbilisi qəzası məclisinə Qarayazı dairəsindən 5-ci seçilən oldu. Bir çox işlər, o cümlədən, dogma kəndində dəmir yolu stansiyasının tikilməsi onun adı ilə bağlıdır.


Print Email
FaceBook Twitter Google