Maradisi sakinləri bağça tələb edir - yerliözünüidarə isə qanunla bunu yerinə yetirməyə borcludur
17:46 / 28.09.2018
Marneulinin Maradisi kəndinin əhalisi meriyadan uşaq bağçasının
tikilməsini tələb edir. Gender Şurasının adına yazılmış məktubu
şuranın iclasında müzakirə ediblər.
Gender şurasının mütəxəssisi İa Esabua məsələni müəyyənləşdirməyi
planlaşdırır.
"Müvafiq xidmətə tövsiyə verəcəyik ki, gələn ilin
büdcəsində bu tələb nəzərə alınsın" - dedi İa
Esebua.
Kənd Marneulinin Mərkəzindən 12 kilometrdə yerləşir. 50
təsərrüfatlıq məntəqənin 1989-cu ildə Acarıstandan köçkün düşmüş
ekomiqrantlar əsasını qoyublar və Maradisi adlandırıblar.
Kənddə Acarıstanın dağlıq məntəqələri üçün xarakterizə edilən qədim
taxta evlərini yavaş-yavaş kərpic tikillər əvəz edib. Əhali kənd
təsərrüfatı ilə məşğuldur. Yeganə munisipal bina kiçik kontingentli
məktəbdir. Əhalini, doğrudur daxili yollar problemi daha çox
narahat edir ancaq, qarşılıqlı iştirak büdcəsi çərçivəsində meriya
onlara istirahət parkı düzəldib.
Tsitsino Bolkvadze evdar xanımdır. 39 yaşlı nənə bir yaş yarımlıq
nəvəsini gəzdirir. İstəyi var ki, uşaq bağçaya elə orada
getsin.
"Təxminən 20-30 uşaq var Marneuliyə aparırıq. Kənd
şəraitində kiçik uşaqların bu qədər yol gedib-gəlməsi çətindir.
Yaxşı olar ki, bağça kənddə olsun. Hər bir uşaq üçün sürücüyə 60
lari ödəyirik" - deyir Tsitsino Bolkvadze.
Hər iş günü valideynlər iki marşrut taksi kirayələyirlər və
taksilər uşaqları Marneulinin bağçasına aparır.
Nazibrola Papidzenin böyük uşaqları tələbədirlər, kiçik isə bir
yaşındadır. Tezliklə qız da konstitusiya ilə ona verilmiş xidməti
əldə etmək üçün kilometrləri getməli olacaq.
"Valideynlər vaxt itirirlər. Gedib gətirirlər. Mütləq
gedib uşağı gətirməlidirlər. Hər gün belə davam edir"
- deyir Nazibrola Papidze.
Xatuna Bolkvadze Maradisi məktəbinin pedaqoqudur. Hər gün iki
balaca uşağını bağçaya kirayələnmiş marşrut taksisi aparır. Bu
xidməti əldə etmək üçün, müəllim maaşından 150 lari ödəməli
olur.
"Neçə dəfə müraciət ediblər. Keçən il valideynlər
Marneuliyə icra hakimiyyətinə getmişdilər. Biz Şulaveriyə
maliyyələşdirə bilərik, şəhərə maliyyələşdirmək hüququmuz yoxdur.
icra hakimiyyəti Marneuliyə maliyyələşdirə bilmirsə bağça seçə və
normal şəraitdə ola bilmərik? Biz uşaqlarımızın yaxşı uşaq
bağçasında olması üçün hər şey edirik. çox baha başa gəlir. Siz
özünüz də görürsünüz hansı şəraitdə yaşayırıq. Əgər bağça tikə
bilmirlərsə, vəsait yoxdur, başa düşürük, sürücünü
maliyyələşdirsinlər" - dedi Xatuna Bolkvadze.
Marneuli meriyasının Maradisi sakinlərinə təklif etdiyi Şulaveri
bağçasının özü yardıma ehtiyac duyur. Bağın rəhbəri Gülnara
Məmmədova deyir ki, bağça qəza vəziyyətindədir və uşaqların sayı
müəyyən olunduğundan artıqdır.
"Qrupda əsasən 35 uşaq olmalıdır, ancaq hər bir qrupda
45-50 uşaq var. Ümumiyyətlə yer yoxdur. Ehtiyatda da o qədər var
ki, neçəsinə yox dedim, qeydiyyata almadım. Bilmirəm nə edim. Mən
də istəyirəm ki, uşaqlar gəlsin, inkişaf etsinlər. ancaq yer
yoxdur. Yəqin musiqi səsini eşidirsiniz. Musiqi müəllimi koridorda
piano çalır, uşaqları öyrədir. Zalımız da yoxdur" -
dedi Gülnara Məmmədova.
Qanuna əsasən bələdiyyə standartlarla nəzərdə tutulmuş məktəbə
qədər yetişdirmə və təhsil xidmətini əhaliyə vermək öhdəliyi
daşıyır.
Bu gün Marneuli bələdiyyəsində yalnız 13 uşaq bağçası var. 2015-ci
ilin göstəricilərinə əsasən məktəbə qədər yetişdirmə xidmətindən
kənar 6 mindən çox uşaq qalıb.