Rustavi Tarix Muzeyində gənc rəssam Rasim Həsənovun fərdi sərgisi keçiriləcək
14 dekabr, saat 18:00-da Rustavi Tarix Muzeyində Rasim Həsənovun fərdi sərgisi keçiriləcək.
"Gözlərinizi Açacağam" adlı sərgidə əsasən sosial problemlər vurğulanacaq. Sərgidə iştirak edən tamaşaçılar rəsm əsərləri ilə birlikdə heykəllərlə də tanış olacaqlar. Gənc rəssam Rasim Həsənov artıq 7 ildir ki, rəssamlıq sənəti ilə məşğuldur. O, indiyədək Tbilisi və Rustavi şəhərlərində öz əl işlərindən ibarət 5 rəsm sərgisi keçirib.


"Gözlərinizi Açacağam" adlı sərgi isə əvvəlki sərgilərdən fərqli olaraq rəsmlərin və heykəllərin sintezindən ibarət olacaq. Sərgidə iştirak etmək sərbəstdir.
Print Email
FaceBook Twitter Google