VİDEO - Afiq Novruzov "Gürcüstan Ulduzu" musiqi müsabiqəsindən uzaqlaşmasının səbəbini bilmir
Marneulili repçi Afiq Novruzov (Nato) Gürcüstan ictimai televiziyasında yayımlanan “Gürcüstanın ulduzu” musiqi müsabiqəsinə qatılmışdı.
“Gürcüstan ulduzu” musiqi müsabiqəsində iştirak edən iştirakçılar müsabiqədə qalib olduqları təqdirdə “Eurovision 2019” da Gürcüstanı təmsil etmə hüququ qazanırlar.

Afiq Novruzov "Gürcüstan ulduzu" musiqi müsabiqəsinin ikinci turunda göstərmiş olduğu şou ilə münsiflərin rəğbətini qazanaraq müsabiqədə qalma şansı əldə etmişdi.

Bir həftə sonra hazırladığı şousunu münsiflərə təqdim edəcək olan gənc repçi 8 yanvar tarixində maraqli hadisə ilə qarşılaşıb.

"Gündəlik Gürcüstan" facebook səhifəsində açdığı canlı yayım vasitəsi ilə Afiq Novruzov izləyicilərə qatıldığı müsabiqədən uzaqlaşdırıldığı xəbərini verib. O, qeyd edib ki, bu gün izləyicilərə göstərəcəyi şou haqqında məlumat verməli idi.

Lakin, ona gələn zəngdən sonra müsabiqədən uzaqlaşdırıldığı xəbərini alıb. Gənc repçi müsabiqədən hansı səbəblə uzaqlaşdırıldığı haqqda xəbərsiz olduğunu deyib.

Onun hansı səbəblə müsabiqədən uzaqlaşdırılması Afiq Novruzov və sevənləri üçün maraq doğurub.

Qeyd edək ki, “Gürcüstan ulduzu” musiqi müsabiqəsi "American İdol"un analoqudur.

Print Email
FaceBook Twitter Google