VİDEO - Marneulili repçiyə "Gürcüstan ulduzu"ndan uzaqlaşdırılmasının səbəbləri məlum deyil
Marneulili repçi Afiq Novruzovun musiqi layihəsindən uzaqlaşdırılmasının səbəbi müəyyən deyil. O, birinci kanalın “Gürücstan ulduzu” müsabiqəsində iştirak edirdi. Afiq öz ifası ilə jurinin bəyənməsini qazanıb ancaq ikinci tura keçə bilməyib. Deyir ki, səbəblər ona aydın deyil. Buna görə facebookda canlı yayıma da qoşulub və ictimai şəkildə bildirib ki, ona zəng ediblər və deyiblər ki, müsabiqənin sonrakı mərhələsinə keçməyib.

"Marneuli" radiosu “Gürcüstan ulduzu”nun nümayəndəsi ilə əlaqə saxladı. Onlar Novruzovun müsabiqə ilə bağlı etirazı olduğunu bilirdilər. Ancaq bizimlə söhbət zamanı bildirdilər ki, Afiqin etirazı onlar üçün aydın deyil.

Müsabiqənin şərtlərinə əsasən iştirakçıların azalması təbiidir. "Gürcüstan ulduzu" xarici ölkənin müsabiəqsinin analoqudur və müvafiq standartları qane edir.

"“Gürcüstan ulduzu”nun rəsmi formatı musiqi müsabiqəsidir, bu "American İdol"un analoqudur. Müsabiqənin formatından irəli gələrək seçimlərin iki mərhələsi var. Birinci mərhələdə jüri yüzlərlə iştirakçını dinləyir və qızıl bilet verir. Sonrakı mərhələdə jüri seçilmişlər arasından ikinci tura kimin keçəcəyini seçir. Bu “Gürcüstan ulduzu”nun bir dəfəlik qərarı deyil ki, həmişə də belə olur" - “Gürcüstan ulduzu”nun nümayəndəsi.

Qeyd edilməlidir ki, “Gürcüstan ulduzu”nun ikinci turunun seçimləri hələ efirə verilməyib.

Print Email
FaceBook Twitter Google