Heydər Əliyev
adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşaya
hazırlıq gedir.
Üzeyir Hacıbəyovun Ər və Arvad adlı musiqili komediyası yaxın
günlərdə səhnələşdiriləcək. Teatrın rəhbəri Turqay Vəlizadə
“Marneuli” radiosu ilə müsahibəsi zamanı tamaşa ilə bağlı ətraflı
şəkildə məlumat verdi. 10 nəfərdən ibarət komandanın iştirakı ilə
hazırlanan tamaşa Azərbaycan dilində təqdim olunacaq. Vəlizadə daha
sonra tamaşanı etnik azərbaycanlıların yığcam yaşadığı ucqar
rayonlarda da səhnələşdirəcəklərini qeyd etdi.
“Tamaşanın dəqiq vaxtını hələ bilmirik texniki
məsələlərə görə ancaq yəqin ki, bir həftəyə dəqiq vaxtını biləcəyik
və açıqlayacağıq. Bir-iki həftəyə hamısı məlum olacaq,
oynayacağımız məkan, teatrın səhnəsi, tarix. Məqsədimiz tək
Tbilisidə keçirmək deyil, gələcəkdə ucqar rayonlarda da
səhnələşdirmək istəyirik”, – deyə Turqay Vəlizadə
bildirdi.
Turqay Vəlizadə bununla belə tamaşanın yaxın günlərdə səhnəyə
qoyulacağını dedi.
İstifadə olunan şəkil Chaikhana-dan götürülüb və
müəllif (c) Ian Mcnaught Davis.