Marneulinin İctimai Kitabxanası müsabiqədə ikinci yeri tutub

Marneulinin ictimai kitabxanası kitabxana həftəliyi çərçivəsində ikinci yeri tutub.

Bu haqda məlumatı Marneuli ictimai kitabxanası rəsmi "Facebook" səhifəsində yayımlayıb.

Gürcüstan parlamentinin Milli Kitabxanası və Gürcüstabın Kitabxanalar Assosiasiyasının birgə təşkilatçılığı ilə 30 apreldə kitabxana həftəsi 2019 “Kitabxana qeyri-formal təhsil mərkəzi kimi” devizi ilə açıldı. 2017-2018-ci illərdə bərpa olunmuş və 10 kitabxananın təqdimatı baş tutan yerdə, yeni açılmış kitabxanalar üçün müsabiqə keçirildi.

Müsabiqədə cəmi 3 qalib olub və onlardan ikinci yeri Marneuli İctimai Kitabxanası qazanıb.

Marneulinin ictimai kitabxanası 2017-ci ilin 21 martında açılıb. Bu qədər zaman ərzində kitabxana çox sayda layihələr, tədbirlər və ya aktivliklər həyata keçirib.

 

 

Print Email
FaceBook Twitter Google