Oto Nemsadze “Avroviziya”nın final mərhələsinə keçə bilmədi
13:23 / 15.05.2019
Oto
Nemsadze İsraildə davam edən “Avroviziya” mahnı müsabiqəsinin final
mərhələsinə keçə bilməyib.Ötən
gün müsabiqənin birinci yarımfinal mərhələsi keçirilib. 17 müsabiqə
iştirakçısından final mərhələsinə 10 iştirakçı keçib.
Oto Nemsadze müsabiqədə sürünən işğaldan bəhs edən “Sul tsin iare”
(Daima irəli get) mahnısı ilə çıxış edirdi.
Finala isə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya,
Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri
çıxıb.
Müsabiqədə Kipri gürcü əsilli müğənni Tamta Qoduadze təmsil
edir.