Azərbaycanlı ailələrin birində bu
ilki damnisoba bayrımı epizodu barəsində müsahibim bildirir:
“Dmanisoba bayramı zamanı piknik yerlerine öz istəkləri ilə kiçik
musiqi qrupu gəmişdi, öz musiqi alətləri - davul və zurna ilə.
Konsert hələ başlamamışdı, bir nəfər bu musiqiçilərə bir azərbaycan
milli musiqisi sifariş verdi.
Milli musiqinin səsini eşidənlər səhnənin ətrafını tərk edərək bu
tərəfə gəldilər və rəqs etməyə başladılar. Tanışlar, bir birini
tanımayanlar, böyüklər və gənclər, hamı bir yerdə rəqs edirdi.
Mənim üçün birlik məhs budur: ürəklə, həvəslə və şənlənərək bayramı
qeyd etmək” . Anqac müsahibimin qohumu azərbaycanlı qadın mənə belə
deyir: “tezliklə bizə bir gürcü qadın yaxınlaşdı, geyinmiş olduğu
köynəyin üzərində “Damisi” və ya “Dmanisoba” yazısı var idi, yəqin
ki təşkilatçı idi. Bizə bildirdi ki, belə olmaz. Rayon rəhbərliyi
buna icazə vermir və heç nə ifa etməyin.
Ancaq xalq ailəsi ilə birlikdə əylənirdi və cox adam azərbaycan
milli musiqisi sifariş vermək istəyirdi. Biz bu qadına izah edirdik
ki, bu bizim mədəniyyətmizdir, adi musiqidir. Yekun olaraq bu qadın
əsəbləşmiş halda geri qayıtdı. Bundan sonra o bizə yaxınlaşmadı və
narahat da etmədi”.
Bu epizod Dmanisoba bayramına gedən yerli azərbaycanlıların
rastlaşdığı üzücü hallardan biridir. Bu bayramda öz
mədəniyyətlərini qeyd etmək və nümayiş etdirmək əvəzinə, onların
fikrincə yerli hakimiyyət dolayı yolla onlara bildirir ki, sizin
mədəniyyət Gürcüstan mədəniyyəti çərçivəsində təsəvvür edilmir.
Icmanın bir neçə fəalı Dmanisoba bayramına etriaz edir və bildirir
ki, bu bayram tərtib olunan andan problemlidir.
Başqa icma üzvləri isə bildirirlər ki, bu gün azərbaycan
mədəniyyətinin dışlanması, Gürcüstan azərbaycanlılarının ikinci
dərəcəli hesab edlməsi və gürcü mədəniyyətinin dominasiyası
(üstünlüyü) gününə çevrilib və onların bildirdiyinə görə bütün
bunlar ən sərt formada bu il hiss olunurdu.
Dmanisoba bayramının qeyd olunması 2016-cı ildən başlayıb və bundan
sonra hər ilin 26 iyul tarixində Pantiani gölünün ətraf ərazisində
bu bayram qeyd olunur.
Ancaq bu bayram həmin gün və həmin yerdə, təximinən 2009-cu ildən
Elat Bayramı olaraq, köçərilərə həsr olunan bayram kimi, çoban günü
kimi qeyd olunurdu. Müsahibimin bildirdiyinə görə Elat Bayramı
“azlıqların bayramı” idi, burada azərbaycanlılar öz
mədəniyyətlərini nümayiş etdirə bilirdilər.
Baxmayaraq ki bu bayram sadəcə son illərdə qeyd olunurdu və əvvələr
sadəcə kiçik qruplar bunu qeyd edirdi, bu bayram yerlilər üçün öz
mədəni kimlik məzmunu və əhəmiyyəti daşıyırdı. Məhz buna görə də
icma üzvləri hesab edirlər ki, Elat Bayramı əvəzinə Dmanisoba
Bayramının qeyd olunması ilə milli azlıqlar üçün ən mühüm olanı
itirilib: “faktiki olaraq sadəcə bizim bayramımızın adını
dəyişdirdilər və gürcü mədəniyyətinə üstünlük verdilər....
əvvələr Elat Bayramında Gürcüstan üzrə mövcud olan fərqli
mədəniyyətlər təmsil olunurdu, hansı ki, bütün gürcüstana aid idi
və sadəcə gürcü etnosuna yox, indi isə sadəcə milli gürcü
mədəniyyətidir”, fəallardan biri belə deyir: “nəyə görə dəyişiblər
adını və nə üçün Dmanisoba adı veriblər, bu mənim üçün məlum
deyil.....” milliyətcə azərbaycanlı olan müsahibim mənə belə deyir,
o, hər il 26 iyul tarixində Tiflisdən Dmanisə gedir və dmanisoba
bayramının əvəzinə öz dostlları ilə Elat Bayramını qeyd edir.
Fəallardan birinin fikrincə, Elat Bayramı hökumət üçün milli
azlıqların bir yerə toplaşmasına görə problemə çevrilib: “qorxurlar
ki, hardasa milli azlıqlar bir yerə toplaşıblar...... nədən
qorxurlar? Bizim hər birimizin öz mədəniyyətimizi qorumaq və təqdim
etmək hüququmuz var”.
Məqalə üzərində işəylərkən Dmanis yerli özünüidarəetmə orqanının
nümayədələrindən müsahibə götürməyə cəhd etdim və Elat Bayramının
təsdiq edilməsinin və sonradan onun ləğv olunması qərarının
əsaslandırlmasını və Dmanisoba Bayramı ilə bağlı əlavə izahatlar
almağa çalışdım.
Ancaq dəfələrlə müraciyyətimə, əlaqə saxlamama və gözləməyimə
baxmayaraq, Damisi meriyası ictimayi məlumatı və izahını bizimlə
bölüşmədi. Elat Bayramının qeyd olunması tarixçəsi ilə bağlı yerli
əhalinin bilik və yanaşması birmənalı deyil. Ancaq Bayramın və
mədəniyyət tədbirlərinin bu formada qeyd olunması, hansı ki, yerli
icma ilə demokratik məsləhətləşmələrə əsaslanmır və onun təyin
edilməsi və ləğv edilməsi yerli özünüidarəetmə orqanının öz qərarı
ilə olması yadlaşmaya səbəb ola bilər.
Mədəniyyət siyasəti sahəsində dövlətdən xüsusi ehtiyat və həssaslıq
tələb olunur ki, onun tərəfindən həyata keçirilən müdaxilə yerli
əhalidə mədəniyyətlərinin və kimliklərinin silinməsi, dışlanması
qorxusu yaratmasın. Dışlanma hissi daha çox artır, nə vaxt ki, yeni
bayramın məzmunu inkuliziv məzmun daşımır və azlıqların
mədəniyyətlərini, adət-ənənələrini tam olaraq dışlayır. Azlıqlar
yaşayan regiyonlarda bayramların və mədəni tədbirlərin yaradılması
və süni şəkildə tərtib edilməsi milli dominasiya (üstünlük) cəhdi
kimi qəbul edilə bilər və bu azlıqlar qruplarının sosiyal
etibarını, duruşunu və dövlətlə özünü fərd olaraq görülməsini
zəiflədir.
Bayramın video yazısı göstərir ki, səhnədən tez-tez Dmanisobanın
birlik bayramı olduğu eşidilir, lakin, azərbaycanlı əhalinin
bildirdiyinə görə, bu bayram əksinə daha çox əks məzmun daşıyır:
“sadəcə olaraq hüquqi olaraq başqa cür demə ixtiyarları yoxdur.
Sözlə demək başqadır, əməldə bunu etmək isə tamam başqa.
Onlar ki deyirlər bu bayram azlıqların və etnik gürcülərin birlik
günüdür, bəs onda nə üçün səhnədə heç bir çıxış azərbaycan dilində
deyil? Azərbaycan dilində heç bir şeir deyilməyib” - yerli
azərbaycanlı sakin bele deyir. Yerli əhalinin bildirdiyinə görə
səhnədən milli gürcü misiqisi və rəqsi, eyni zamanda gürcü və
ingilis dillərində musuqilər eşidilirdi, ancaq, azərbaycan
mədəniyyəti burada təsvir olunmamışdır: “biz ele bildik ki, bizim
aşıqlar da olacaqdırlar ancaq, müəyyən etdik ki, rəsmi olaraq heç
bir aşıq dəvət edilməyib. Çıxış üçün heç yer də ayırmayıblar.....
sonra gördüm ki, konsert iştirakçılarından heç biri azərbaycanlı
deyil, azərbaycanlı soyadı olan bir qız çıxış etdi, o da gürcü
mahnısı ifa etdi” - fəllardan biri belə deyir.
Yerli sakinlər bildirirlər ki, rəsmi konsertdən əlavə Dmanisoba
bayramına gedən əhaliyə azərbaycan mədəniyyəti başqa formada da
təqdim edilməyib. Bələdiyyənin elannında qeyd olunurdu ki,
azlıqların mədəniyyətləri milli azlıqların mətbəxləri ilə belə olsa
təqdim olunacaq, acaq Gürcüstan azərbaycanlıları yeganə bir yemek
xatırlayırlar və onlar bildirirlər ki, bu əsasən azərbaycanıların
yaşadığı regyonun mədəniyyətini təqdim etmək üçün yetərli
deyil.
Iştirak edənlərdən biri Dmanisoba bayramında azərbaycan
mədəniyyətinin təmsil olunmasının əhəmiyyətindən danışır: ”əgər
tolerantlıq və dostluq günüdürsə, nə üçün Gürcüstan müsəlimanları
mədəniyyəti barəsində stend yox idi? Sərgidə hər hansısa
azərbaycanlılara və ya türklərə aid bir şey olmamalı idi?! Məsələn
Borçalı xalçaçılıq məktəbinin xalçaları, onlar tam olaraq unikal
ornametlərlə bəzərdilib və yerli olaraq, buralı, Gürcüstan
fenomenidir. Buda Gürcüstan irsinin bir hissəsidir, çünki
azlıqlarda Gürcüstanı təmsil edirlər. Bu burada yaşayan azərbaycan
dilli əhalinin mədəni varisliyidir”. Gürcü azərbaycanlılarının
bildirdiyinə görə “tolerantlıq günü” əsas azlığın mədəniyyəti
müvafiq olaraq Gürcüstanın rəngarənkliliyidə tam olaraq yoxa
çıxmışdı.
Hətta daha da artığı konsert açılan zaman deyilən şeir orada olan
fəalların etirazına səbəb oldu: “mərasim “mən gürcüyəm” şeiri ilə
başladı, çox emosiyanal və vətənpərvər (patriot) çıxış idi.
Müharibəyə getməmişdən əvvəl olan çağırışa oxşayırdı. Bu şeirdən
sonra mərasimi açıq elan ediblər”. Orada olan fəallar üçün bu şeir
onun göstəricisi idi ki, bu bayram sadəcə milliyyətcə gürcü olan
şəxslərə aiddir. “ [..] necə olabilər ki, həm birlik ambisyan olsun
həmdə ilk sözünlə diqqəti milli mənsubiyyətə yönəldəsən və gürcü
milli mənsubiyyətinə ütünlük verəsən. təbii ki, bura Gürcüstandır
və gürcülər bu ölkənin əhəlisinin çoxluğunu təşkil edirlər, bu heç
kim üçün təəccüblü deyil, ancaq sən əgər deyirsənsə, bu birlik günü
simvoludur, onda hər hansısa bir formada bu göstərilməlidir. Orada
isə ümumiyyətlə rəngarənglik yox idi” – fəallardan biri bele
deyir.
Yerli sakinlər düşünürlər ki, Dmanisoba bayramı Gürcüstan
azərbaycanlıları üçün bir növ bildirişdir ki, onların mədəniyyətinə
Gürcüstanda yer yoxdur: “Azərbaycandilli əhalinin çox olduğu
yerlərdən olan sakrebulo və ya yerli özünüidarəetmə orqanı üzvləri
inanmıram ki, yerli əhalinin mədəniyyətini tanımsınlar. Daha çox
bele düçünürəm ki, bütün bunlar qəstən edilir və heç də
məlumatsızlıqla əlaqəli deyil. Əgər həqiqətəndə bizim mədəniyyətmiz
barəsində heç nə bilmirlərsə bu cür insanlar vəzifədə
olmamalıdırlar". Onların fikrincə, Dmanisoba bayramının məhz Elat
Bayramı günü və bu formada keçirilməsi, azlıqların mədəniyyətinə
qarşı biganəliyə xidmət edir və bu cür simvolik aktla milli
çoxluğun dominant vəziyyətdə olduğunu göstərir. Aşkar faktdır ki,
Dmanisoba Bayramının vedeolarında və şəkillərində görünür ki,
pravaslar din xadimləri tamaşaçıların ön sralarında oturublar və
səhnədə baş episkomos Zenona da soz verilir, o, azlıqlar barəsində
danışır ancaq, öz çıxışında bildirir ki, Dmanisi xiristian
ərazisidir. Başqa din nümayəndələri nə videoda nədə şəkillərdə
görünmüllər.
Müsahiblərim tez-tez təkrar edirlər ki, Gürcüstan onların ölkəsidir
və bu ölkədə öz mədəniyyətlərini təqdim etmək onlar üçün mühün yer
tutur: “Öncə mən özmü və öz kimliyimi, öz mədəniyyətimi sevməliyəm.
İnsan əgər öz mədəniyyətini sevmirsə başqasınınkını da sevməyəcək!”
- azərbacanlı icma üzvü, aşıq belə deyir. Gürcüstan
azərbaycanlıları üçün öz mədəniyyətlərinin ifadə edilməsi Gürcüstan
mədəniyyəti ilə ziddiyyət təşkil etmir, əksinə onun bir hissəsidir:
“mən öz Gürcüstanımla fəxr edirəm. Başqa yerlərdə musiqiçi olaraq
Gürcüstan adından çıxış edirəm, Gürcüstanın adını ucaldıram, çünki,
Gürcüstan vətəndaşıyam və Gürcüstanın evladıyam”,- aşıq belə
deyir.
Dmanisi bələdiyyəsinin Facebook səhifəsindən oxuyuruq ki, Dmanisoba
“dostluq, tolerantliq günüdür. Əgər biz demokratik və inkişaf etmiş
cəmiyyət istəyiriksə, tolerantlıq əsas prinsiplərdən biridir,
Dmanisi bələdiyyəsi dostsevər bələdiyyədir, bizimlə dostluq etmək
istəyən hərkəsə dostluq əlmizi uzadırıq". Yerli azərbaycanlılar
düşünürlər ki, bu boş sözlərdir və onun arxasında fəal addımlar
yoxdur, bunadan əlavə bu elanın özü də problemlidir. Bu elan
özlüyündə göstərir ki, bələdiyyə üçün Gürcüstan əhalisinin müəyyən
hissəsi gürcü ictimaiyyətinin daxilində hesab edilmirlər və onlar
sadəcə dostdurlar. Bu yanaşama ekskuliziv olaraq inkuluziya
vasitəsi kimi qiymətləndirilə bilər, bu halda cəmiyyətin dominant
hissəsi və ya onların nümayəndələri azlıqlarla birliyi göstəriş
üçün etməyə çalışır, ancaq onların dili və təcrübələri azlıqları
dominant qrupdan fundamental olaraq “fərqli” qrup olaraq ayırmağa
və göstərməyə çalışır. Nəticə olaraq azlıqlar cəmiyyətin orqanik
bir hissəsi olmurlar, əksinə onlar daha çox dışlanırlar və ya
uzaqlaşdırılırlar. Yerli azlıqların bir hissəsi düşünür ki, onlara
qarşı olan ədalətsizlik barəsində səsini çixarma hüquqları da
yoxdur.
Dmanisoba bayramını Gürcüstanda Azərbaycan mədəniyyətinin silinməsi
və başqa bayram olaraq kompyalanması cəhdi olaraq adlandıra
bilərik, bu isə gürcü mədəniyyətinin dominasiyasına (üstünlüyünə)
xidmət edir. Sosyal elmlərdə “silmək” (erasure) termini, bəzi
insanın və ya insanlar qrupunun yoxa çıxması və görünməz vəziyyətdə
olması deməkdir, əksər hallarda bu həmin qrupa qarşı kollektiv
biganəlik göstrəmək yolu ilə olur (Irvine and Gal 2000, 35-84).
Silmə təcrübəsi mövcud olan qaydalara tabe olur və onu mökəmlədirir
və əksər hallarda narrative xarakter daşıyır. Bu təcrübə insanların
müəyyən qrupunu hadisələrin və dominant narrativin mərkəzinə qoyur,
başqalarından fərqli olaraq onlara üstünlük verir, başqa qrupları
isə nisbətən az dəyərə sahib olan kimi hesab edir – onların
narrativlərini dinləmir, onları susdurur, onlara qaşı biganəlik
edir və ya ümumiyyətlə onları unudur. “Kopyalamaq” təcrübəsi
biganəlikdən daha çox hakimiyyət üçün hansısa problem
elementlərinin – faktların, xəbərlərin və ya hər hansısa vəziyyətin
dəyişdirilməsi və ya onların məzmununun başqa cür
interpretasiyasının aktiv prosesi və gücdən istifadə etmənin və
dominasiyanın effektli silahlarından biridir. Gürcüstan
azərbaycanlılarının bildirdiklərinə görə, onları narahat edən
məsələ odur ki, öz mədəniyyətlərini ifadə etdikləri günün, Elat
Bayramı alternative bayram olaraq “kopylanıb” və bu yeni bayramla
azərbaycan icmasının mədəniyyəti laqeydliyə məruz qalıb, bunun
nəticəsində yerli sakinlər özlərini görülməz, problemli və ya
ikinci dərəcəli olaraq hiss ediblər.
Dmanisi bələdiyyəsinin əhalisinin 65.5% etnik azərbaycanlıdır
(2014-cü il əhalinin qeydə alınmasının əsas nəticələri 2018,
328-329). Buna baxmayaraq milli bayramlardan 2019-cu ildə ilk dəfə
olaraq Novruz Bayramı kiçik maştablı olaraq qeyd edilib ancaq,
burada da Azərbaycan mədəniyyəti minimal səviyyədə təqdim edilib.
Yerli sakinlərin bildirdiklərinə görə, Dmanisoba və ümumiyyətlə
yerli hakimiyyətin mədəniyyət siyasəti göstərir ki, azlıqlar
Gürcüstanın tam üzvləri deyillər və onlara daha çox qonaq kimi
baxırlar. Kəndlərdə, rayonlarda və başqa kənd mühitində bayramların
qeyd olunması və festivallar, mədiniyyətin ifadə olunmasında böyük
rol oynaya bilər və həmçinin eyni zamanda azlıq üzvləri ilə
qarşılıqlı inam və solidarlığın güclənməsində də. Bir neçə fəal
bildirir ki, hökümətin təəccüblənməsinin səbəbi məhz bu olabilər,
bu isə Elat Bayamının dövlət tərəfindən Dmanisoba ilə
əvəzlənilməsinə gətirib çıxarıb. Bəzi fəallərın fikirincə, “dövlət
öz vətəndaşını potensiyal təhlükə hesab edir” və azlıqları
bir-birilərinə qarşı solidar olmasını qorxu olaraq görür. Mənim
müsahiblərim öz vətənləri olaraq Gürcüstanı hesab edirlər, onun tam
vətandaşı olmaq istəyirlər və istəyirlər ki, onların mədəniyyəti də
etnik gürcülərin mədəniyyəti kimi Gürcüstanın mədəniyyətinin bir
hissəsi olsun, onların biri-birilərinə qarşı olan solidarlığlı arzu
edilən, onların öz mədəniyyətlərini ifadə etməsi isə qanuni
olsun.
foto:Dmanisi bələdiyyəsinin Facebook
səhifəsi
Mənbə:
https://emc.org.ge/ka/products/dmanisoba-gadatserili-dghesastsauli-da-kulturuli-dominatsiis-mekanizmi?fbclid=IwAR3FZwuW30uAGRw9udo97-PmyD2t6JTrayiUCKyEIrf3BIMcFbx_UlkgE2E