Qardabani rayonunun Muğanlı kəndində Novruz bayramının gəlişi ilə bağlı şənlik təşkil olunub (VIDEO)
14:23 / 12.03.2021
Qardabani rayounun Muğanlı kəndində Novruz bayramının gəlişi ilə
bağlı şənliklər təşkil olunur.
1 mart tarixindən 21 mart tarixinə qədər gənclər xüsusi geyimlər
geyinir, kəndin küçələrində musiqi sədaları altında gəzirlər.
Bu adət-ənənə illərdir ki, kənddə təşkil olunur. Həmin şənlikdən
çəkilən video görüntüləri sizə təqdim edirik.