Batumidə beynəlxalq kinofestival keçiriləcək
Sentyabrın 18-dən 24-dək Gürcüstanda XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2021) keçiriləcək.

Tədbirdə 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı filmlər nümayiş etdiriləcək.

Azərbaycan festivalda gənc rejissor Azər Quliyevin “Təngnəfəs” bədii filmi ilə təmsil olunacaq. 2021-ci ildə istehsal olunan 15 dəqiqəlik ekran əsəri qısa filmlər müsabiqəsində mübarizə aparacaq.

Beynəlxalq tədbir Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi meriyası, Milli Kino Mərkəzi, Acarıstanın Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə baş tutacaq.

Festival koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlərin tətbiqi ilə və tövsiyələrə tam uyğun olaraq təşkil ediləcək.

Mənbə: report.az
Print