Marneulidə “BEEZ” Uşaq Teatrının hazırladığı “Meşə Komediyası”
tamaşası səhnələşdiriləcək.
Tamaşa 22 noyabr tarixində saat 16:00-da Marneuli Mədəniyyət Evində
baş tutacaq.
Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının hazırladığı
tamaşa tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı
“Meşə komediyası” pyesi əsasında hazırlanıb.
Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuray Əhmədova,
Seymur Muradov, Amil Həsənov, Rabia Əhmədova, Nuri Qurbanov, Əzəm
Əfəndiyeva, İslam Akif, Necati Əliyev, Milana Əliyeva, Onur
Muradov, Samir Əzizov, Məryəm Əliyeva oynayacaqlar.
Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli
İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur
Ənvərdir.
Qeyd edək ki, tamaşa Gürcüstanın Mədəniyyət, İdman və Gənclər
Nazirliyinin dəstəyi ilə hazırlanıb.
“BEEZ” Uşaq Teatrı Gürcüstanda azərbaycandilli ilk müstəqil uşaq
teatrıdır. Qardabanidə fəaliyyət göstərən teatrın məqsədi uşaq və
yeniyetmələrdə teatra, musiqiyə, rəssamlığa və incəsənətin digər
növlərinə maraq oyatmaq, kadr yetişdirmək, Gürcü və Azərbaycan
mədəniyyətlərini populyarlaşdırmaq və mədəni inteqrasiyaya dəstək
göstərməkdir.
Xatırladaq ki, “BEEZ” Uşaq Teatrının hazırladığı “Meşə Komediyası”
tamaşası artıq Qardabani və Rustavi şəhərlərində təqdim olunub.