Hubert Knirşi Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrına səfər edib (FOTO)
25 yanvar tarixində Marneuliyə səfərindən sonra Qardabaniyə gedən Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirşi “BEEZ” Uşaq Teatrında olub. Səfər çərçivəsində teatrın fəaliyyəti ilə maraqlanan səfir teatrda yaradılan şəraitlə tanış olub. Tanışlıqdan sonra teatrın azyaşlı aktyor və aktrisalarının hazırladığı kiçik səhnəciklər nümayiş etdirilib. “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu görüş onlar üçün çox əhəmiyyətli olub.

“Cənab Hubert Knirşi görülən işlərin təqdirəlayiq olduğunu qeyd etdi. Qardabanidə belə bir teatrın fəaliyyətinin sevindirici hal olduğunu dedi. Hətta onu da qeyd ki, uşaqlarla çalışmağın çox çətin olduğunu yaxşı bilir və bu işdə bizə uğurlar arzuladı. Cənab Hubert Knirşinin teatrımızı ziyarət etməsi teatrın kollektivi üçün çox gözəl və əhəmiyyətli bir gün oldu. Biz teatrımızın inkişafı üçün əlimizdən gələni edəcəyik”, – “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu dedi.

Görüşün sonunda səfir teatrın uşaqlarına hədiyyələr verib. Daha sonra isə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Almaniya səfiri Hubert Knirşi 25 yanvar tarixində Xuldərədə, Marneuli meriyasında və Marneuli Çay Evində gənclərlə görüş keçirib. Səfirin son görüşü “Beez” Uşaq Teatrında olub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google