Ulduz falı – Maliyyə məsələlərində diqqətli olun
Qoç - rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri
görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının
rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə
diqqətli yanaşın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun.
Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla
romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla
çəkişməyin.
Buğa - günün ilk yarısından etibarən sürətlə çalışmağa başlayın.
İşlərin axarına süni təkan verməyin. Boş söhbətlərə qatılmayın.
Dövr üçün aktual məsələlərin müzakirəsinə başlayın. Yeni
tanışlıqlar və layihələr olacaq.
Günün ikinci yarısında emosional durumunuza hakim olun.
İntuisiyadan daha çox məntiqə güvənin. Sayıq davranın.
Evlə bağlı qəfil problemlər yarana bilər. Texnika və ya mexanizmin
sıradan çıxması istisna deyil. Axşam saatlarında dostlarla görüşə
bilərsiniz.
Müsbət emosiyalarınızı əsirgəməyin.
Əkizlər - daşınmaz əmlak, ticarət və xidmət sahələrində
çalışırsınızsa, uğurlu gündür. Ailə büdcəsini yaxşı planlaşdırın,
bədxərcliyə yol verməyin.
Maliyyə məsələlərində diqqətli olun. Alış-verişə çox baş
qoşmayın.
Günün ikinci yarısında maddi məqamların çözülməsində dostların və
tanışların yardımlarından bəhrələnə bilərsiniz. Həddən artıq
işləməyin. Əks təqdirdə ifrat yorğunluq, stress hiss
edəcəksiniz.
Axşam saatlarında neqativ anların "intiqam"ını ailə üzvlərindən
almayın.
Xərçəng - bu gün sizi yalnız daxili aləminiz maraqlandırmasın.
Dəyər verdiyiniz insanlarla təmaslarda laqeyd və soyuqqanlı
olmayın. İzafi emosionallıqda zərər var. Yaradıcılıq potensialınızı
ağır problemlərin həllinə yönəldin. İnciklik və anlaşılmazlıq
yaranarsa, qarşı tərəfin istəklərini anlamağa çalışın.
Günün ikinci yarısında dartışmalara, fikirlərin mütləq şəkildə
aydınlaşdırılmasına meylli olmayın. Ətrafdakı insanların can
atdıqları məqsədlərin nədən ibarət olduğunu təhlil edin.
Axşam saatlarında normal istirahətə haqqınız var.
Şir - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə
etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada
gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.
Yeni layihələrin reallaşdırılmasını ertələyin. Günün ikinci
yarısında uzunmüddətli səfərə çıxmayın.
Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin.
Sevdiyiniz insan sizi dəstəkləyəcək.
Subaysınızsa, aradığınız insanı tapacaqsınız.
Qız - qrup və korporativ maraqları ümdə məsələ sayaraq
yaxınlarınızın mənafelərini unutmayın. Əsas məsələ mənfəət deyil.
Bütün fəaliyyətinizi, sadəcə, gəlir əldə etmək üstündə kökləməyin.
Saatlar keçdikcə enerjiniz artmalıdır.
Aktiv olun, problemlərin həllində yeni ideyalardan yararlanın.
Praqmat davranın.
Günün ikinci yarısında yaxınlarınızın mübhəm saxlamağa çalışdıqları
məqamları nəyin bahasına olursa-olsun, öyrənməyə çalşımayın.
Tərəfdaş və ya şəriklə dost münasibətlər qurun. Belə münasibətlərin
yaxşı perspektivləri var.
Tərəzi - daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə
verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı
insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən
irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa
çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın.
Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla
qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.
Əqrəb - maliyyə məsələlərinin çözülməsi üçün yaxşı zamandır. Ailə
büdcəsini yenidən planlaşdıranda mövcud situasiyanın
təfərrüatlarını nəzərə alın. Yeni bilikləri uğurla əxz edin. Uzaq
səfərə çıxmaq olar.
Günün ikinci yarısında sizdən uzaqdakı insanlarla qəfil görüş ola
bilər. Layihələrə başlayanda yanınızdakı insanların mənafelərini də
nəzərə almağı unutmayın. Vəziyyətdə müəyyən dəyişikdikləri ehtiva
edin. Sayıq davranın.
Axşam saatlarında yaxşı istirahət edin, əylənin.
Oxatan - günün ilk yarısında yaşam potensialınız pis deyil.
İdeyalarınızı reallaşdırmaq üçün müstəqil fəaliyyət göstərin. Bütün
diqqəti özünüzə cəlb etməyə çalışmayın. Kölgədə, arxa planda qalmaq
daha məsləhətdir.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Maliyyə məsələlərinin
həlli üçün pis zaman deyil.
Ailə büdcəsi ilə bağlı məsələləri yaxınlarınızla müqayisə etməyin.
Köhnə, mənasını itirmiş əlaqələri kəsin. Yeni tanışların
şirnikləndirici vədlərinə inanmayın.
Oğlaq - hisslərə qapılmayın, emosional davranmayın. Tərəfdaş və ya
şəriklə kollektiv fəaliyyətdə yalnız öz maraqlarınızın təminatını
düşünməyin. Təcrübənizlə biliklərinizi artırmağa çalışın. Maliyyə
məsələlərində diqqətli, sayıq olun.
Günün ikinci yarısında planlarda dəyişikliklər ola bilər.
Ailə üzvləri ilə qarşılıqlı anlaşma həddən ziyadə önəmli məsələdir.
Vədlərinizə əməl edin. Mənafelərinizin təminatı üçün yalan
danışmayın.
İstəklər toplusu arasında daha rasional və real təsir bağışlayanı
seçərək onu gerçəkləşdirməyə başlayın.
Dolça - pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik
etməyin. Ailə qayğıları və məişət işlərini plana çıxararaq
bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş
üçün münasib zamandır.
Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli
istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət
aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların
nə istədiklərini anlamağa can atın.
Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola
bilər.
Balıqlar - yaradıcılıq, təhsil və maliyyə sahələrində işlər uğurlu
olacaq. Təkbaşına qalmaq istəsəniz də, arzunuzu reallaşdırmağa can
atmayın. Əyləncə və istirahəti təxirə salın.
Risk etməyin, avantüralara qatılmayın.
Günün ikinci yarısında bədxərclik etməyin. Səhhətinizin qayğısına
qalın. Ailə daxilindəki münasibətlərin möhkəmlənməsi üçün birgə
fəaliyyətə ehtiyac var.
Axşam saatlarında normal istirahət etməyə çalışın.