19-20 may tarixlərində Türkiyənin Gürcüstandakı səfirliyi və Yunus
Emre institutunun təşkilatçılığı ilə “Atatürkü Anma, Gənclik və
İdman Bayramı” ilə bağlı tədbir keçirilib.
Tədbirdə daha əvvəl baş tutmuş tərcümə və məqalə müsabiqələrinin
qaliblərinə mükafatlar təqdim olunub. Müsabiqədə müxtəlif
universitelərin Türkologiya fakültələrinin tələbələri iştirak
etmişdi. Marnelulili tələbələr "Türk İstiklâl Marşı ve Türk
Kurtuluş Savaşı" başlığı altında məqalə yarışmasında qalib olublar.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Üniversitetinin tələbəsi
Şura Qabulova ikinci, İlia Dövlət Universitetinin tələbəsi Fariz
Daşdəmirov isə birinci yeri tutublar.
“Xüsusilə gəncliyə hədiyyə edilən "Atatürkü Anma,
Gənclik ve İdman Bayramı" hər il olduğu kimi bu il də maraqlı
şəkildə qeyd olundu. Türkologiyada oxuyan və Türk dili dərsini
seçmim fənni kimi seçən tələbələr üçün təşkil olunan "Türk İstiklâl
Marşı ve Türk Kurtuluş Savaşı" adlı məqalə müsabiqəsinə qatılıb
birinci yeri tutmaq mənim üçün çox qürurverici oldu. Bayramən
səhəri gün isə yenə Səfirlik tərəfindən Gənçlik Paneli təşkil
olundu.Paneldə Türkiyə Respublikasının qurucusu və Ulu Öndəri
Atatürkün inqilablarından, fədakarlıqlarından bəhs
etdik”, – Fariz Daşdəmirov dedi.
Müsabiqə 3 kateqoriyada keçirilib:
- “İstiklâl Marşı ve Türk Ulusal Kurtuluş Savaşı”
mövzusunda məqalə müsabiqəsi
- Türkcə əsərlərin Gürcücəyə tərcüməsi
müsabiqəsi
- "İstiqlal Marşı'nın üç qitəsinin Gürcücəyə tərcüməsi"
və "İstiqlal Marşı və Türk Milli Müstəqillik Müharibəsi" mövzusunda
məqalə müsabiqəsi
Tədbirdə Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri də
iştirak edib.
“19 May Atatürkü Anma, Gənclik və İdman bayramı
Türkiyənin bütün yerlərində qeyd edilən və gənçlərə həsr edilmiş
bir bayramdır. Ölkə xaricindəki missiyalarımızda və
nümayəndəliklərimizdə də bu bayram mövzu və mənasında uyğun şəkildə
qeyd edilir. 19 may tarixində səfirlikdə bayram qeyd edilir.
Bayrama əlavə olaraq keçmiş tarixlərdə baş tutmuş müsabiqələrdə
dərəcə qazanmış tələbələrimizə mükafatları təqdim edilmişdir,
Müsabiqələrdə dərəcə qazanmış iştirakçılar yaş olaraq gənc
olduqlarına görə onların mükafatlarını da məhz bu bayramda təqdim
etdik. Bundan başqa 20 may tarixində bir panel keçirilmişdir,
tələbələrdən təşkil olunmuş iştirakçılar 19 mayın mənasına, tarixi
yerinə və önəminə toxunmağa çalışdılar. 1 saat davam edən panel
Gürcüstan universitetində təşkil olunub”, –
Səfirliyin təhsil məsələləri üzrə müşaviri Yüksel Kara qeyd
etdi.
Qeyd edək ki,artıq ikinci ildir, Türkiyənin Gürcüstandakı səfirliyi
tərəfindən bu mövzularda müsabiqələr keçirilir.