“İberia” ansamblı 6 illik fasilədən sonra ilk solo konsertini keçirib
Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “İberia” ansamblı 6 illik fasilədən sonra ilk solo konsertini keçirib.

Tədbir Mədəniyyət Mərkəzinin zalında keçirilib. Rəqqaslar tamaşaçı qarşısına müxtəlif rəqs nömrələri ilə çıxıblar. Davluri-gürcü, partsa, acaruli, xor, kazbekuri, svanuri, kintauri, ceyran, osetin, abxaz, samaya, mtiuluri rəqsləri təqdim olunub.

“Mənim üçün çox mühüm gündür. 6 ildən sonra biz yenidən problemə qalib gəldik və solo konsert təqdim etdik. Mən şəxsən özümə heç bir tərif qəbul etmirəm, çünki bu Marneuli Mədəniyyət Mərkəzinin, ilk növbədə Beso Kiparoidze və Nino Kveladzenin xidmətidir. Eləcə də bu gün səhnəyə çıxan qeyri-adi uşaqların xidmətidir”, – Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili bildirdi. 

Solo konsertdə yerli özünüidarə nümayəndələri və dəvət olunmuş qonqlar iştirak edirdilər.

“Bilirəm ki, burada bacarıqlı uşaqların valideynləri, ailə üzvləri əyləşib və xüsusi hörmətlə sizi salamlayıram. “İberia” ansamblına minnətdaram. Bu onların peşəkarlığının nəticəsidir. Marneuli bələdiyyəsinin, meriya, eləcə də Bələdiyyə Məclisi bu uşaqların öz bacarığını göstərməsi, böyük uğur qazanması üçün şəraitinin olmasına görə, əlindən gələn hər şeyi edəcək”, – Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirdi.

Konsertin sonunda iştirakçılara təşəkkürnamə verilib.

Yüksək tələbdən irəli gələrək, Mədəniyyə Mərkəzinin qərarı ilə solo konsert 1 iyunda da keçiriləcək.

“İberia” Marneulidə 2011-ci ildə təsis edilib. Ansambl bir çox yerli və beynəlxalq konsertdə iştirak edib.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xoreoqrafik ansambl Çexiyada keçiriləcək beynəlxalq folklor, rəqs və musiqi festivalına dəvət olunub. Tədbirin avqust ayında keçirilməsi planlaşdırılıb.

Print Email
FaceBook Twitter Google