Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bu gün, 1 iyun tarixində Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd ediblər. Marneuli yerli özünüidarəsinin təşkilatçılığı ilə Uşaqların Müdafiəsi Gününə həsr edilmiş tədbir Marneuli Mərkəzi parkında – “Yenə də böyüyəcəklər” abidəsi ərazisində, saat 11:00-da başlayıb və saat 14:00-a qədər davam edib.

“Dünya uşaqlarına sülh” tədbirində əyləncə üçün məkan qurulacaq, şarlar və attraksionlar olacaq. Şən startlar və animatorların şousu keçiriləcək. Fəaliyyətlər konsertlə başa çatacaq”, – Marneuli meriyasının yayımladığı məlumatda qeyd olunub.

Marneuli meriyası ilə yanaşı Marneuli Mədəniyyət Mərkəzi də Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün tədbirlər keçirib. Tədbir Mədəniyyət Mərkəzi ərazisində, saat 15:00-da başlayıb. Qonaqları ərazidə İtaliya küçə nümayişi qarşıladı. Tədbiri Marneuli Mədəniyyət Mərkəzinin vokal studiyasının yetirmələri və “Mead Night” qrupu yekunlaşdırıb.

Print Email
FaceBook Twitter Google