Bu gün, 7 iyulda Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə Tsereteli kəndində, futbol meydançasında, açıq
hava altında “Hüqo” filminin nümayişi olacaq.
Mədəniyyət Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, başqa
kəndlərdə də filmlərin nümayişi planlaşdırılır və əhali xüsusi
olaraq qurulmuş məkanda, öz kəndlərində, açıq səma altında filmləri
izləyə biləcəklər.
"Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tsereteli
kəndinin futbol meydançası bu gün kinoteatra çevriləcək və
bələdiyyənin qeyd olunan kəndlərində film nümayiş olunacaq:
Tsereteli – 7 iyul, Qaçağan – 20 iyul, Sadaxlı – 18 iyul, Qırmızı
Kənd- 22 iyul, Maradisi- 13 iyul, Mareti – 15 iyul”,
– Mədəniyyət Mərkəzindən bildirdilər.
Mədəniyyət Mərkəzinin nümayəndəsinin sözlərinə görə, film nümayişi
bir seanslıdır və bütün kəndlərdə axşam saat 20:00-da
başlayacaq.