Bələdiyyə uşaqlara yay tətilində nə təklif edir

Mədəniyyət Mərkəzi Marneulili uşaqlar üçün müxtəlif fəaliyətlərlə məşğul ola biləcəkləri yerdir. Mərkəzdə rəqs ansamblı, rəsm və musiqi dairələri var.

Ancaq avqust ayında Mədəniyyət Mərkəzinin bütün ansamblları, dairələr istirahətə gedir, fəaliyyət göstərmir. Yay tətilini Marneulidə keçirən uşaqlar yalnız evdə kitab oxumaq və ya başqa əyləncə ilə məşğul olmalıdırlar. Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili bildirdi ki, avqust ayında mərkəzin yeganə fəaliyyəti kəndlərdə film nümayiş etdirmərkdir. Buna iyul ayında başlayıblar və avqustda da davam etdiriləcək. Onun sözlərinə görə, tədbirlərə və tədris prosesinə sentyabrdan başlayacaqlar.

“Avqusta ayında Marneuli Mədəniyyət Mərkəzində hər şey istirahətə gedir. Əsasən, bizim ansambllar ya qastrolda ya festivallarda olurlar. İyul-aqvust ayı belə dövrdür və müvafiq olaraq, festivalda iştirak edən konsert qrupu və ya ansamblı azad etmişik. Biz ötən illərdə masterklass formasında kəndlərə səfərlər edirdik. Amma bu il bunu filmlərin nümayişi ilə əvəz etmişik. Festival dövrü olmayan, rəsmi istirahət günləri olan, avqust ayında çox işi olan müəllimlər iyulda məzuniyyət götürürlər. Kiminsə əvəz etməsi üçün resursumuz kifayət etmir”, – Nato Şavişvili bildirdi.

Yayda uşaqların vaxt keçirməsi üçün daha bir məkan Marneuli İctimai Kitabxanası və Amerika Guşəsidir. Kitabxanaçı “Marneuli” radiosuna bildirdi ki, kitab oxumaq və ya aparmaq üçün gənclər il ərzində fəal şəkildə müraciət edirlər. Ancaq bu baxımdan yay tətili vaxtı iyul ayında daha çox fəallıq hiss olunur.

“Pandemiyadan sonra ilk yaydır ki, belə fəallıq hiss olunur. Xüsusilə iyul ayında, gündə 25-dən 40-a qədər kitab aparırdılar. Bütün ay ərzində 480 kitab aparılmışdı. Əsaəsn şagirdlər gəlirlər, məktəbdə tapşırılmış, yay mütaliəsi üçün kitab aparırlar. Ən çox bədii ədəbiyyat tələb olunur, ancaq başqa mövzular da var. Psixoloji və fəlsəfi kitablar da kifayət qədər məşhurdur. Biz dəstək olmağa çalışırıq. Bəzilərinə yaşına uyğun ədəbiyyatı biz məsləhət görürük. Zalda da oxucular var, fəal şəkildə kitab da aparırlar. Uşaqlar Marneulinin kəndlərindən də kitab aparmağa gəliblər. Bir qız var, Yuxarı Qullardan hər gün gəlir. Kitabxana bütün il ərzində bu baxımdan fəaldır”, – Kitabxanaçı bildirdi.

Marneulinin Amerika Guşəsinin nümayəndəsi Mələk Quliyevanın sözlərinə görə, avqust ayında guşə mövsümə uyğun tədbirlər həyata keçirir.

“Avqust ayında Amerika Guşəsi fəaliyyət göstərir. İndi yay oxu çağırışımız var və oktyabrda başa çatacaq. Layihəmiz indi yoxdur, çünki uşaqlar fiziki olaraq Marneulidə deyillər və hansısa layihəyə başlamaq çətindir. Ona görə də sentyabrdan başlamağı düşünürük. Guşədə indi film nümayişimiz var və bu filmləri uşaqlar özləri seçir. Eləcə də ingilis dilini inkişaf etdirmək üçün masa oyunları var”, – Mələk Quliyeva bildirdi.

Marneuli Mədəniyyət Mərkəzində öz qrupları ilə xoreoqraf studiyaları, instrumental vokal qrupları, rəsm dairəsi, saz, musiqi məktəbi, xalça toxuma studiyası, əl işi olan kukla studiyası, gürcü xalq mahnı ansamblı, vokal studiya və idman bal rəqsləri studiyası fəaliyyət göstərir. Təhsil sentyabrın əvvəlində bərpa olunacaq.

 

 

Print Email
FaceBook Twitter Google