Marneuli Bələdiyyə Məclisi gürcü şairi Temur Çalabaşvilinin 70
illik yubileyi ilə əlaqədar kitabın nəşr edilməsinə vəsait
ayrılması üçün dəstək göstərib.
Bələdiyyə Məclisinin iclasında məsələni təqdim edən, Marneuli
meriyasının İnzibati Xidmətin rəhbəri səlahiyyətlərini icra edən
Mamuka Şubitidze bildirdi ki, meriyaya kitabın nəşri üçün 5000 lari
pul tələbi ilə Temur Çalabaşvilinin özü müraciət edib.
“Xatırladım ki, tanınmış gürcü şairi, Gürcüstam Yazıçılar
Birliyinin həmsədri, İlia Çavçavadze və Qalaktion Tabidze adına
mükafat laureatı, Tbilisinin fəxri vətəndaşı Temur Çalabaşvilinin
doğum günü ilə əlaqədar olaraq – onun 70 yaşı tamam olub – seçilmiş
əsərlərindən ibarət kitab nəşr olunacaq. O, bizdən xahiş etdi ki,
5000 lari dəyərində dəstək göstərək. Düşünürəm ki, bu adam bizim
dəstəyimizə layiqdir və xahiş edirik, bu məsələyə dəstək
verəsiniz”, – Mamuka Şubitidze bildirib.
Marneuli Bələdiyyə Məclisi Çalabaşviliyə 5000 lari ayrılmasını
yekdilliklə dəstəkləyib.
Qeyd edək ki, bu gün, 20 oktyabr tarixində Marneuli Bələdiyyə
Məclisinin iclası keçirilib. İclasda müzakirə üçün 9 məsələ
çıxarılmışdı. Məsələlərin hamısı ilə bağlı müsbət qərar qəbul
olunub.