Tbilisidə “Gücümüz Həmrəyliyimizdədir” adlı konsert keçirildi – FOTO
Bu gün, 28 dekabr tarixində Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Gücümüz Həmrəyliyimizdədir” adlı konsert keçirildi.

“Mirzə Fətəli Axundovun ev muzeyi”nin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndələri, ziyalılar, gənclər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycan xalqını qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və yeni il münasibəti ilə təbrik etdilər.

Konsert proqramında çıxış edən iştirakçılara və dəvət olunmuş qonaqlara Axundov muzeyi tərəfindən xüsusi hədiyyələr verildi.

Tədbir Tbilisidə fəaliyyət göstərən Gürcüstanın Dövlət Folklor Mərkəzində keçirildi və konsertdə çıxış edən qonaqların ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Konsertdə iştirak etdilər:
  • İaloni ansamblı
  • Müğənni - Dito Kisişvili
  • Aşıq Nargilə Mehdiyeva
  • Azərbaycanın Əməkdar artisti - Nərgiz Əliyeva
  • Azərbaycanın Əməkdar artisti - Fəridə Məlikova
  • Müğənni - Mişo Cavaxişvili
  • Müğənni - Veriko Turaşvili
  • “Ceyran” rəqs ansamblı
  • “Melitassy” rəqs ansamblı və xüsusi qonaqlar
  • “Akademiya Gvirila”
  • “Ethno Sixtet”

 



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google