Bu il Novruz çərşənbələri nə vaxt qeyd olunacaq?
Novruz çərşənbələrinin tarixləri məlum olub. Bu ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Belə ki, fevralın 21-də ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Gürcüstanda Novruz bayramı axşamı martın 21-dədir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Gürcüstana gəlişi martın 21-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Print Email
FaceBook Twitter Google