Gürcüstan bu il Britaniyada keçiriləcək “Avroviziya 2023” mahnı
müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.
Birinci mərhələ mayın 9-da keçiriləcək.
Yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Müsabiqənin ikinci
yarımfinalı mayın 11-də baş tutacaq və Gürcüstan birinci hissədə
çıxış edəcək. Gürcüstanla yanaşı birinci yarımfinalda Ermənistan,
Belçika, Kipr, Danimarka, Estoniya, Yunanıstan, İslandiya,
Rumıniya, Albaniya, Avstraliya, Avstriya, Gürcüstan, Litva, Polşa,
San Marino, Sloveniya olacaq.
Müsabiqənin birinci yarımfinalına gəlincə isə şou mayın 9-da baş
tutacaq. Bu mərhələdə çıxış edən ölkələr isə Azərbayca, Xorvatiya,
İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya,
Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə olacaq.
Yarışmanın finalı isə mayın 13-də keçiriləcək.
Onu da əlavə edək ki, böyük beşlik ölkələri: Böyük Britaniya,
İtaliya, İspaniya, Fransa, Almaniya və əvvəlki ilin qalibi Ukrayna
avtomatik olaraq finala çıxacaq.
Almaniya, Fransa və İtaliya birinci yarımfinalda, Ukrayna, İspaniya
və Böyük Britaniya isə ikinci yarımfinalda səs verə biləcəklər.
Xatırladırıq ki, Eurovision Mahnı Müsabiqəsi mayın 9, 11 və 13-də
Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Qeyd edək ki, müsabiqədə qələbəni ötən il Ukrayna qazansa da,
ölkədəki müharibə səbəbindən Britaniya ev sahibliyini öz üzərinə
götürüb.