Marneulili müğənni Şaban Məmmədov “İlin Ulduzu” mükafatına layiq
görülüb.
“İlin uğurlu insanları”nın mükafatlandırılması mərasimi 28 dekabr
tarixində, Tbilisidə “The Biltmore Tbilisi Hotel”-də baş tutub.
Gənc müğənninin “Marneuli” radiosuna verdiyi məlumata görə,
mükafatlandırılma mərasimi Gvirila Akademiyasının rəhbəri, Erna
Cipuria tərəfindən keçirilib.
“Çexiyanın paytaxtı Praqada keçirilən beynəlxalq
yarışmada mən iştirak edərkən, Erna xanım və Akademiyanın bütün
heyəti orda idi. Onlarla elə Çexiyada tanış oldum. Oradakı
çıxışımı, həmçinin musiqi sahəsində gördüyüm işləri nəzərə alaraq,
məni mükafatlandırmaq qərarına gəldilər və bu gün ilin ulduzu adına
layiq görüldüm. Mükafata və verdikləri dəstəyə görə Erna xanım
başda olmaqla, bütün Akademiya heyətinə dərin təşəkkürümü
bildirirəm”.
Məmmədov onu da bildirdi ki, Azərbaycanın Gürcüstandakı səfirliyi
tərəfindən də hədiyyə verilib.
“Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Cənab
Eldar Bayramov tərəfindən hədiyyə ilə təltif olundum. Azərbaycanın
Gürcüstandakı səfiri, Cənab Faiq Quliyev başda olmaqla, bütün
səfirlik heyətinə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, “Marneuli Mədəniyyət Evi”nin solisti olan Şaban
Məmmədov bu günə qədər xaricdə keçirilən bir sıra müsabiqələrdə
Gürcüstanı təmsil edib və qalibiyyətlər əldə edib.