Bu gün Novruz Bayramıdır
BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

“Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram 3 min ildir ki, Qafqazda,
Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” – yeni, ikinci hissəsi “ruz” isə gün deməkdir. Novruz yazın gəlişi, bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə xüsusi diqqət ayrılır, həmin gün üçün şəkərbura, paxlava, qoğal şirniyyatları bişirilir. Yumurtalar qırmızı rəngə boyanır və səməninin ətrafına düzülür. Bu şirniyyatların özünəməxsus mənaları var. Şəkərbura Ayın simvoludur. Şəkərburanın kənarındakı və üzərindəki naxışlar da ayın şüalarını xatırladır. Paxlava ulduz simvoludur və rombu özündə əks etdirir. Qoğal isə Günəş simvolu kimi xatırlanır. 

Novruz bayramı ilə əlaqədar, 21 marta qədər 4 çərşənbə qeyd olunur. Həmin çərşənbələr etnik azlıqların milli kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə - su, yel, torpaq, od ilə əlaqədardır.


Print Email
FaceBook Twitter Google