Qardabanili gənc şair və yazıçı Azər Musaoğlunun ilk kitabının
təqdimat mərasimi keçiriləcək.
Tədbir mayın 4-də saat 15:00-da Tbilisidəki Gürcüstan Yazıçılar
Evində baş tutacaq.
Musaoğlunun ilk şeirlər toplusu
“Mezozoy erasında
yadplanetli” adlanır. Təqdimat Gürcüstan Yazıçılar Birliyi
və qurumun Azərbaycan bölməsi tərəfindən təşkil olunur.
Kitabda müəllifin son illərdə yazdığı şeirlər yer alıb. Əsər 300
nüsxə tirajla Tbilisidə fəaliyyət
göstərən “Mtsignobari”
nəşriyyatında çap olunub.
Kitabın ön söz müəllifi və redaktoru GYB-nin Azərbaycan bölməsinin
rəhbəri Allahverdi Təkləli, korrektoru Aynurə Əliyeva, dizaynı isə
Elsevər Əhmədova məxsusdur. Nəşr Gürcüstan Gənclərinə Yardım və
Maarifləndirmə Təşkilatının maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Gənc yazarın bildirdiyinə görə, yaxın günlərdə oxucular üçün ayrıca
satış və imza günü də təşkil olunacaq.
Təqdimat ünvanı: Tbilisi şəhəri, İvane Maçabeli küçəsi 13.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415