3–4 may tarixlərində Bakının tarixi mərkəzi olan İçərişəhərdə
keçirilən Beynəlxalq Xalça Festivalı 10 ölkədən gələn iştirakçıları
bir araya gətirib.
Festivalda hər ölkə özünəməxsus xalçaçılıq ənənələrini nümayiş
etdirib.
Gürcüstanı bu tədbirdə ReWoven komandası təmsil edib. Komanda
festivalda Borçalı xalça mədəniyyətini təqdim edərək Gürcüstanı
təmsil edən ilk iştirakçılardan olub. Bu, həm ReWoven komandası,
həm də ümumilikdə Gürcüstan üçün
ilk beynəlxalq xalça festivalı
olub.
“Bu, bizim üçün olduqca əhəmiyyətli addım idi. Biz təkcə
xalça toxumuruq – Gürcüstanın xalça irsini yaşadır və gələcək
nəsillərə ötürürük. Festival həm rəngarəng, həm də ruhlandırıcı
idi. Borçalı xalçaları ilə ölkəmizi fəxrlə təmsil etdik”,
– deyə ReWoven komandasının üzvləri bildiriblər.
ReWoven layihəsi 2014-cü ildə Ryan Smith tərəfindən yaradılıb.
Yarandığı gündən bu yana komanda Borçalı xalçaçılıq ənənələrinin
qorunması və tanıdılması istiqamətində fəaliyyət göstərir.
“Biz qədim naxış və texnikalara yeni həyat verməyə
çalışırıq. Çünki xalçalar sadəcə dekorativ əşyalar deyil – onlar
yaddaşı, kimliyi və tarixi daşıyan dəyərlərdir”, – deyə ReWoven
bildirir.
Layihə əsasən Kosalar və Qaraçöp kəndlərindən olan yerli
toxucularla əməkdaşlıq edir. Bu kəndlərdə xalçaçılıq sənəti
nəsildən-nəslə ötürülərək yaşadılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415