“Era Teatrı”nın yeni tamaşası olan “Qaranlıq Xətt” 18 may tarixində
saat 15:00-da Qardabani Mədəniyyət Evində nümayiş olunacaq.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rəfiqoğludur. O,
“Marneuli” radiosuna verdiyi açıqlamada bildirib ki, Marneulidə
keçirilən premyera uğurlu alınıb:
“Marneulidəki təqdimatımız gözlədiyimdən də yaxşı
keçdi. Aktyorlar üzərlərinə düşən işi layiqincə yerinə yetirdilər.
Heç bir texniki və ya təşkilati problem yaşanmadı. Qardabanidə isə
daha yüksək nəticə gözləyirəm”.
Rejissorun sözlərinə görə, “Qaranlıq Xətt” psixoloji dram və
detektiv janrında səhnələşdirilib. Əsərdə baş qəhrəmanın qaranlıq
və sirli keçmişi fonunda cərəyan edən hadisələr təqdim olunur.
Tamaşada teatrın aktyorları Elnur Vəlizadə və İsnar Fərzəliyev
çıxış edəcəklər.
Tamaşa Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin
dəstəyi ilə həyata keçirilən “Regionlarda teatr mədəniyyətinin
təbliği və inkişafı” layihəsi çərçivəsində səhnəyə qoyulur.
Xatırladaq ki, “Qaranlıq Xətt”in premyerası 27 aprel tarixində
Marneuli Mədəniyyət Evində baş tutub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415