“Era Teatrı” Ukrayna əsilli məşhur rus yazıçısı
Nikolay Qoqolun
“Bir dəlinin gündəliyi” əsəri
əsasında hazırlanmış tamaşanı yenidən səhnələşdirəcək.
Tamaşa 20 sentyabr saat 20:00-da Tbilisidə, Kamera Teatrında
nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Elnur Vəlizadədir. Rolları aktyorlar
Əli İlqaroğlu və Nurlan Fəhradov ifa edəcəklər. Elnur Vəlizadə
“Marneuli” radiosuna açıqlamasında bildirib ki,
əsər ilk dəfə 2022-ci ildə Anar Rafiqoğlunun
rejissorluğu ilə səhnələşdirilib və həmin vaxt o, Əli İlqaroğlu
ilə birlikdə aktyor kimi tamaşada iştirak edib.
“Hazırda isə əsərin rejissorluğunu mən edirəm. “Bir
dəlinin gündəliyi”nin yenidən səhnələşdirilməsinə “Meta Group” və
“Karkas Real Estate” şirkətləri dəstək olurlar. “Era Teatrı” olaraq
sonuncu dəfə bu ilin iyun ayının 3-də Siqnaxidə keçirilən
Beynəlxalq Teatr Festivalında səhnəyə çıxmışıq”, –
deyə Elnur Vəlizadə qeyd etdi.
Onun sözlərinə görə, tamaşa üçün biletləri onlayn şəkildə əldə
etmək mümkündür. Bunun üçün
557 31 35 01 nömrəsi
ilə WhatsApp vasitəsilə əlaqə saxlamaq kifayətdir.
Rejissor əlavə edib ki, bu səhnə əsərindən sonra teatr yeni pyeslər
üzərində də işləməyi planlaşdırır.
Tamaşa 20 sentyabr, saat 20:00-da Tbilisidə, Kamera Teatrında baş
tutacaq. Ünvan: Kote Afkhazi küçəsi 4.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.