Tbilisidə “Polkovnik” sənədli filminin təqdimatı keçirildi (VİDEO)
13:14 / 13.10.2025
11 oktyabr tarixində Tbilisidə “Polkovnik” adlı sənədli filmin
təqdimatı keçirildi.
Sənədli film əslən Marneuli rayonunun Təkəli kəndindən olan hərbçi,
polkovnik Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr
olunub.
Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və “Salnamə” sənədli filmlər
studiyasının birgə təşkilatçılığı, SOCAR-ın Gürcüstan nümayəndəliyi
və Azərbaycan diasporunun dəstəyi, həmçinin Azərbaycanın
Gürcüstandakı səfirliyinin iştirakı ilə baş tutub. Təqdimat
mərasimi Azərbaycanın sabiq
baş naziri və xarici işlər naziri Həsən
Həsənovun 85 illik yubileyi çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və
səlahiyyətli səfiri Faiq Quliyev bildirib ki, “Polkovnik” filmi
yalnız bir qəhrəmanın həyatını əks etdirmir, həm də Azərbaycan və
Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq
salır.
Filmin ideya müəllifi Həsən Həsənov çıxışında qeyd edib ki, bu
sənədli film Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin
xatirəsini yaşatmaq və gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq
məqsədi daşıyır.
“Polkovnik” filminin rejissoru Tahir Əliyev, ideya müəllifi və
ssenari məsləhətçisi Həsən Həsənov, ssenari müəllifi Ramil
Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli,
prodüseri isə Nazim Hüseynovdur.
Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film Vəli bəy
Yadigarovun şəxsi qəhrəmanlığını, Azərbaycan hərb tarixində və
Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı rolu
tamaşaçılara təqdim edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.