“Era Teatrı” “Aktyorluq, teatr və kino” kurslarına
başlayır. Maraqlanan və həvəsi olan şəxslər bu kurslarda iştirak
edə bilərlər.
Bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının keçmiş aktyoru, “Era” teatrının bədii rəhbəri və
rejissoru Anar Rafiqoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı
məlumat verdi. Onun sözlərinə görə, kurslara 18 yaşı tamam olmuş
hər kəs müraciət
edə bilər. Kurslar Azərbaycan dilində keçiriləcək.
Rafiqoğlunun dediyinə görə, kurslar üçün qeydiyyat onlayn formada
həyata keçirilir və kursların müddəti üç ay olacaq.
“Qeydiyyatdan keçmək olduqca sadədir. Onlayn qeydiyyat
formamızın linkinə daxil olaraq, cəmi 1-2 dəqiqə ərzində prosesi
tamamlaya bilərlər. https://forms.gle/B9B9sAZaf716VzEC7
Kursumuzun müddəti həftədə iki gün olmaqla, ümumilikdə 3 ay
davam edəcək”.
“Era” teatrının bədii rəhbərinin dediyinə görə, kurslar noyabr
ayında başlayacaq və onun rəhbərliyi altında baş tutacaq. Onun
dediyinə görə, təlimlər ödənişsiz həyata keçiriləcək.
“Heç bir ödəniş nəzərdə tutulmur. Əksinə, aktiv kurs
üzvlərinə teatr və kino ilə bağlı kitablar, izləmələrini məsləhət
gördüyümüz tamaşalara bilet hədiyyələri
olacaq”.
Anar Rafiqoğlu uğurlarından və gələcək planlarından da danışdı.
“Era Teatrı” son bir ildə yüksək aktivlik nümayiş
etdirir. Bir il ərzində 3 premyera, 1 bərpa tamaşası səhnələşdirib,
2 qastrol və 1 festivalda çıxış etmişik. Hazırda bir premyera və
qastrol üzərində yenə çalışırıq. Tamaşalarımızın və layihələrimizin
sayının artması heyətimizin genişlənməsini zəruri edir. Onsuz da
bizim missiyamız bundan ibarətdir – yeni istedadlar, yeni gənclər
kəşf etmək, onların teatr yönündən inkişafına təkan vermək və sonda
səhnəyə çıxarmaq”, – Anar Rafiqoğlu bildirdi.
Rejissorun bildirdiyinə görə, teatr yaradıcılıq tələb edir və buna
görə də hamı bu sahəyə maraq göstərə bilmir.
“Teatr özəl bir yaradıcılıq tələb edir. Bu səbəbdən
hamı buraya maraq göstərə bilmir. Kimlərin ki, xəyalıdır səhnəyə
çıxmaq və ya özlərində o istedadı hiss edirlər, məhz həmin gənclər
bizə müraciət edirlər. Yəni bizim kurslara ingilis dili və ya
riyaziyyat kursları qədər müraciət olunmur. Çünki ingilis dili və
riyaziyyat kimi sahələri öyrənmək təhsildə və iş həyatında
zəruridir. Bizim sahəyə isə ancaq xüsusi arzusu olanlar maraq
göstərirlər. Bu kursların əsas məqsədi elə ondan ibarətdir ki,
uğurla bitirən gəncləri daha sonra heyətimizə cəlb edib, onlara
layihələrimizdə şans verək. Bu cür kurslar iki halda baş tutur:
birincisi, tələb varsa, ikincisi, bizim ehtiyacımız varsa. Əgər bu
iki faktordan biri yaranarsa, əlbəttə ki, gələcəkdə də kurslarımız
davam edəcək”.
“Era” teatrının bədii rəhbərinin sözlərinə görə, onlarda kurs
ideyası ilk dəfə 2019-cu ildə yaranıb. Amma həmin ildə onlar öz
ideyalarını həyata keçirə bilməyiblər.
“Kurs ideyası ilk dəfə 2019-cu ildə yarandı. Hətta bir
çox gənc qeydiyyatdan keçdi. Lakin daha sonra pandemiya səbəbindən
kurslar təxirə salındı. 2020-ci ilin yayında ağır pandemiya
şəraitində kurslarımızı yenidən bərpa etdik. 2021-ci ilə qədər
aktiv davam edən kurslarımızı, daha sonra məkansız qaldığımız üçün
istəməsək də, sonlandırmaq məcburiyyətində
qaldıq”.
Anarın sözlərinə görə, əvvəlki illərdə kurslara 50-dən çox gənc
qatılıb və həmin vaxtlarda kursları uğurla tamamlayan gənclər
bəziləri hal-hazırda teatrın rəsmi üzvləridir və tamaşalarda yer
alırlar. Anar Rafiqoğlunun dediyinə görə, kursların əsas hədəfi
cəmiyyətdə incəsənət sahəsinə marağın artırılmasıdır.
“50-dən çox gənc bu günə kimi bizimlə birgə "Aktyorluq,
teatr və kino" kurslarında özünü sınayıb. Kursu uğurla 27 gəncimiz
tamamlayıb, səhnəyə çıxmağa isə kursu bitirənlər arasından 7 nəfər
qadir olub. Hazırda komandamız 12 nəfərdən
ibarətdir”.
Anar Rafiqoğlu onu da bildirdi ki, kursda öz bacarığı ilə fərqlənən
tələbələr “Era Teatrı”nın film və tamaşalarında yer alacaqlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.