Cinsi sağlamlıq: damğa, infeksiyalar və məsuliyyət – uroloqun kişilərə mühüm məsləhətləri

Kişilərin cinsi sağlamlığı birbaşa yalnız onların firavanlığı ilə deyil, həm də sağlamlığı ilə əlaqədardır.


Baxmayaraq ki, bu mövzuda yalnız qadınlar danışır, real olaraq cinsi yolla keçən infeksiyalar cinsiyyət tanımır – onlar hər iki tərəfin sağlamlığına təsir göstərir.
Cəmiyyət əksər hallarda cinsi sağlamlıq məsələlərinə stereotip olaraq baxır və bu mövzunu qadınlara, eləcə də kişilərə tabu
hesab edir – qadın cinsi sağlamlıq barədə danışmamalıdır, kişini isə bu məsələ maraqlandırmır.

Cinsi yolla keçən infeksiyalar müasir cəmiyyətdə yenə də ən aktual və əksər hallarda anlaşılmaz məsələ olaraq qalmaqdadır. Bu barədə məlumat çatışmazlığı əksər hallarda xəstəliyə biganə yanaşmağa, diaqnozun gecikməsinə və ağır halların yaranmasına səbəb olur. Düzgün bilgi və vaxtında reaksiya göstərməklə asan şəkildə bunun qarşısını almaq mümkündür.

Marneulidə işləyən, yerli əhali ilə ünsiyyəti olan həkimlərlə, uroloqlarla söhbət etməyə çalışdıq. Onlar icmadakı vəziyyəti və cinsi sağlamlıq mövzusunda yaranmış stereotipləri daha yaxşı görürlər. Bir neçə yerli həkim bizimlə söhbət etmək istəmədi, ancaq Toduanın mərkəzi filialının uroloqu Kaxa Barnov öz müsahibəsində infeksiyanın necə yoluxması, cinsi yolla keçən infeksiyaları necə tanımalı və idarə etməli olduğumuz barədə ətraflı məlumat verdi. Həkim diqqətə yetirir ki, bu barədə danışmaq nə utanc, nə də tabu deyil, əksinə, şəxsi sağlamlığının qayğısıma qalmaq, gələcəyini qorumaq üçün mühüm addımdır.

Müsahibədə sonrakı əsas məsələlər müzakirə olunub:
• Cinsi yolla keçən infeksiyalar nədir və bu qrupa hansılar daxildir;
• İnfeksiyalar neçə keçir və bariyer kontrasepsiyası (prezervativ) nə dərəcədə effektivdir;
• İnfeksiya xəstəlikləri zamanı hansı əlamət kişini düşündürməlidir;
• Diaqnoz necə qoyulur və müalicə necə aparılır – “qızıl standart” nədir;
• Çətin müalicə olunan, yaxud xroniki xarakter daşıyan hansı infeksiyalardır;
• Niyə xəstə həkimə getməkdən çəkinməməlidir və bir həkimlə ünsiyyət ümidsizlik yaradıbsa, bu halda nə etməlidir;
• Xüsusilə aktiv cinsi həyat tərzi və cinsi partnyorların çox olduğu halda davamlı profilaktik yoxlanma niyə vacibdir.

Bu suallara Todua mərkəzi filialının həkimi, uroloq Kaxa Barnov cavab verəcək.

- Adından da göründüyü kimi, cinsi yolla keçən infeksiyalar anal, oral, vaginal və s. kimi istənilən cinsi əlaqə yolu ilə ötürülən xəstəliklərdir. Qeyd etmək vacibdir ki, bunlar çox spesifik infeksiyalardır, çünki onlar cinsi yolla ötürülə bilər. Belə desək, hətta bağırsaq çöpü kimi banal problemlər və müxtəlif infeksiyalar da onlara aid deyil. Məsələn, göbələk infeksiyaları cinsi yolla ötürülən infeksiyalara aid deyil.
Qonoreya, klamidiya, trixomonad, reoplazma, mikoplazma, sifilis və s. kimi spesifik infeksiyalar mövcuddur.

- Kişilərdə cinsi yolla keçən xəstəliklərin riskini hansı amillər artırır?
- Yalnız bir yoluxma yolu var, bütün bunlar yalnız qorunmamış cinsi əlaqə zamanı, yəni qorunmamış dedikdə, baryerli kontrasepsiya olmadan, prezervativsiz cinsi əlaqə nəzərdə tutulur. Bu cinsi yolla keçən infeksiyalara aid deyil, lakin QİÇS, hepatit və s. kimi cinsi yolla keçən xəstəliklərin riski yüksəkdir. Buna əsasən narkomanlarda rast gəlinir və bu infeksiyalar eyni iynədən istifadə etməklə, qan vasitəsilə keçir. Birbaşa uretrit və s. səbəb olan cinsi yolla keçən infeksiyalara yalnız qorunmamış cinsi əlaqə...

- Kişilər hər hansı bir xəstəliyin əlaməti ola biləcək nələrə diqqət yetirməlidirlər?

- Kişilərdə cinsi yolla keçən infeksiyalar bir spesifik simptomla xarakterizə olunur ki, bu da sidik borusundan axıntıdır. Bu sidik borusundan sarımtıl-yaşıl rəngli irinli axıntıdır ki, bu da hər hansı bir infeksiya növünün göstəricisidir. Xüsusi bir qoxuya malikdir. Cinsi yolla keçən xəstəliklərin inkubasiya dövrü 2 günlə 40 gün arasındadır və bu dövrdə istənilən vaxt özünü göstərə bilər. Daha sonra sidik ifrazı zamanı yanma, tez-tez sidik ifrazı və ağrı müşahidə oluna bilər. Bəzi hallarda bədəndə temperatur reaksiyası da mümkündür. Simptomsuz keçən bəzi infeksiyalar var, xüsusən də ureaplazma, mikoplazma, qardnerella, vaginalis – insanda bu infeksiyalar ola bilər, uzun müddət daşıyıcı ola, lakin simptomlar göstərməyə bilər.

- Cinsi yolla keçən xəstəliklər necə ötürülür və qorunma üçün prezervativ nə dərəcədə təsirlidir?

- İstər vaginal, istər anal, istərsə də oral – istənilən cinsi əlaqə yolu ilə. Bu infeksiyalar istənilən şəkildə ötürülə bilər və baryer kontrasepsiyası ən təsirli qoruyucu mexanizmdir. Həm qadın, həm də kişi prezervativləri zədələnə bilər, heç kim bu faktdan sığortalanmayıb, amma ən yaxşı qorunma vasitəsi budur. Məsələn, kontraseptivlər və ya spermisidlər qadını istənməyən hamiləlikdən qoruya bilər, lakin infeksiyadan qorunma vasitəsi deyil. Yalnız həm qadın, həm də kişi prezervativləri.

- Bəzi xəstəliklərin qarşısını alacaq profilaktik peyvəndlər varmı?

- Peyvəndlər var. Ölkəmizdə papilloma virusuna qarşı peyvəndləmə bu yaxınlarda başlamışdır. Uşaqlar kifayət qədər erkən yaşdan peyvənd olunurlar, səhv etmirəmsə, 7-8 yaşından peyvənd etdirmək olar. Bu peyvəndləmə xüsusilə gənc qadınlarda təsirlidir, çünki papilloma viruslarının müəyyən bir alt qrupunun uşaqlıq boynu xərçənginə səbəb olan kanserogen olduğunu bilirik. Papilloma virusuna qarşı peyvəndləmə var. Təəssüf ki, digər infeksiyaların qarşısını almaq üçün heç bir şey yoxdur, çünki bu bakterial infeksiyadır və onların qarşısını almaq üçün xüsusən də bir neçə partnyoru olan, qorunmayan cinsi əlaqədə olan və s. şəxslərdə müntəzəm müayinələrdən istifadə olunur.

- Cinsi yolla keçən xəstəliklər necə müalicə olunur və xəstəlik nə qədər davam edə bilər?

- Həkimin adekvat müalicə göstərməsi üçün adekvat diaqnostika aparmalıdır. Bu vacibdir, çünki bütün yoluxucu xəstəliklər üçün qəbul edib tam sağala biləcəyiniz vahid dərman yoxdur. Bütün xəstəliklər fərqli antibiotik müalicəsi tələb edir. Bu cür xəstəliklər üçün diaqnostika olduqca mürəkkəbdir. Onlara birbaşa metodlarla diaqnoz qoyulur – bu demək olar ki, 100% düzgün nəticələr verən yüksək texnologiyalı molekulyar müayinədir. Qeyd etdiyim kimi, müxtəlif patogenlərin öz müalicə rejimi var. Məsələn, qonoreya varsa, üçüncü nəsil sefalosporin, klamidiya varsa, makrolidlər qrupu və s. lazımdır. Hər bir patogenin öz müalicə rejimi var.

- Müalicəsi çətin olan və xroniki olan hər hansı bir xəstəlik varmı?

- Virusları nəzərə alsaq, istər herpes virusu, istərsə də bu ailəyə daxil olan virus, hətta papilloma olsun, virus bədənə daxil olduqdan sonra, onu müalicə etmək mümkün deyil. Virus bədəndə, sadə dillə desək, xroniki olaraq necə mövcud ola bilir. İstər soyuqdəymə, istər başqa bir virusla müşayiət olunsun, hətta susuzlaşmadan sonra belə aşkarlana bilər və onun idarə olunması aşkar edildiyi anda mümkündür – müalicə oluna bilər.
Digər bakterial infeksiyalar, hətta digər növlər də düzgün müalicə ilə, yaxşı nəticə əldə edildikdə, bu mikroorqanizmlərlə yenidən təmasa girməsəniz, təkrar olunmur.

- Kişi cinsi yolla keçən xəstəlik diaqnozu qoyulduqda necə davranmalıdır?

- Əvvəlcə həkimə müraciət etməlidir və ən kiçik bir şübhəsi olsa belə, mümkün qədər tez müraciət etməlidir, çünki bu öz-özünə keçəcək və insanın öz-özünə sağalacaq bir xəstəlik deyil. Həkim də insana düzgün diaqnoz qoymalıdır. Qızıl standart sidik analizidir və bütün infeksiyaları əhatə edən tam bir panel mövcuddur. Xəstə şübhəli simptomlar varsa, mütləq həkimə müraciət etməlidir. Onlar həm uroloqa, həm də müvafiq infeksiyaları müalicə etmək səlahiyyətinə malik dermatoloqa müraciət edə bilərlər.

- Xəstələrin xəstəliyi tanımaqda və müalicəyə başlamaqda çətinlik çəkməsi nə dərəcədə qeydə alınır?

- Təəssüf ki, belə hallar olduqca çoxdur. Demək olar ki, hər gün bununla mübarizə aparmalı oluruq. Ancaq son dövrlərdə xəstələrin utanma məqamı ilə daha az maraqlanması müsbət bir tendensiyadır. Əslində, bu bir problemdir və onun müalicəsində utancverici və ya utandırıcı bir şey yoxdur. İnfeksiya, hansı növ olursa olsun, bir infeksiyadır və müvafiq ixtisas üzrə həkimə müraciət etmək lazımdır. Xəstələr bu barədə olduqca açıq danışırlar və çəkinmirlər. Amma digər tərəf də kiminlə əlaqə saxlayacaqları, həkimlə necə əlaqə saxlayacaqları, həkimin onlarla necə danışacağıdır. Bütün bunlar həmişə intim məsələlərə aiddir və buna görə də sizin simptomlarınızı və problemlərinizi həkimlə bölüşməyə hazır olmağınız, digər tərəfdən isə həkimin bunu necə qəbul edəcəyi məsələsi var. Təəssüf ki, həkimin müvafiq reaksiya və ya qiymətləndirmə vermədiyi hallar var. Bu təkcə ölkəmizdə deyil, hər yerdədir. Bu gün, 21-ci əsrdə xəstələr ata və baba dövründəkilərdən daha asan və açıq danışırlar.

- Həkimlərlə bəxti gətirməyən xəstələrə hansı məsləhəti verərdiniz?

- Əvvəla, deyərdim ki, həkimlərdən heç məyus olmamalısınız. Həkim də insandır və onun da zəif cəhətləri var. Əgər kifayət qədər məlumat, adekvat müalicə və həkimdən nə almalı olduğunuz barədə məlumat almamısınızsa, həmişə başqa bir həkimdən alternativ fikir eşidə bilərsiniz, bu problem deyil.

- Mütəmadi məsləhətləşmələr nə qədər vacibdir və kişilərin məsləhətləşmələrə getməsi nə qədər qeydə alınır?

- Əgər söhbət bir insanın eyni anda və ya müəyyən bir müddət ərzində bir neçə partnyoru, yeni partnyoru olduğu və onunla qorunmayan cinsi əlaqədə olduğu bir haldan gedirsə, məsləhətləşmələr müntəzəm olmalıdır, ən azı 6 ayda bir dəfə infeksiyalara görə yoxlanılmalıdır. Qorunan cinsi əlaqədə olsanız və bir şeydən ən kiçik bir şübhəniz olsa belə, məsələn, prezervativ zədələnibsə və ya partnyorunuzdan əmin deyilsinizsə, yenə də həkimə müraciət etmək, müvafiq müayinələrdən keçmək, müalicəyə başlamaq tövsiyə olunur. Çünki cinsi yolla keçən infeksiyalar zamanla, müəyyən bir müddətdən sonra sonsuzluğa, sidik kanalının daralmasına səbəb ola bilər ki, bu da sonradan sidik ifrazında çətinliklərə, yaşlılıqda müxtəlif problemlərə səbəb ola bilər. Siz heç bir probleminizin olmadığına əmin olursunuz, amma həmin vaxt hansısa xəstəliyiniz var və bundan xəbərsizsiniz. Mütəmadi müayinələrdən keçmək bundan daha yaxşıdır.

Müsahibədən aydın şəkildə görünür ki, cinsi yolla keçən infeksiyaların qarşısının alınması məlumatlılıqdan başlayır. Təhlükəsiz cinsi əlaqə, dövri müayinələr və həkimlə vaxtında məsləhətləşmə yalnız sağlamlıq deyil, həm də məsuliyyətin təzahürüdür.

Kaxa Barnovun sözlərinə görə, xəstəliyin olması stiqma deyil - bu yalnız tibbi məsələdir ki, mütəxəssisin köməyi ilə həll olunmalıdır. Bu gün, məlumat əlçatanlığı olduğu halda, xüsusilə kişilərin şəxsi sağlamlığının qayğısına qalması, problemin ciddi nəticəyə gedib çıxmasını gözləməməsi mühümdür.

Müalicədənsə qarşısını almaq daha yaxşıdır - bu sadə qayda bu gün də cinsi sağlamlığın ən effektiv strategiyası olaraq qalır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google